Menu
Geri İrəli

Məktəbin xanım direktoru vəhşicəsinə döyüldü

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2011 • Baxış sayı: 336 dəfə • 2 şərh

Burnu sınan direktor başına gələnləri Milli.Az xəbər portalına danışdı…
Sumqayıt şəhər orta məktəbin direktoru döyülüb. Şəhər sakinlərinin Milli.Az xəbər portalına verdiyi məlumata görə, döyülən şəxs 43 saylı orta məktəbin direktoru Xanım Ələkbərovadır. Hadisə fevralın 6-da məktəbdə baş verib. Möhkəm döyülən direktorun burnu sındırılıb.

Direktor Xanım Ələkbərova Milli.Az xəbər portalına açıqlama verdi. Bildirdi ki, hadisə bazar günü baş verib. Direktorun sözlərinə görə, onu döyən şəxs şagirdinin qohumudur.

X.Ələkbərova hadisənin necə baş verməsini belə nəql etdi: “Rəhbərlik etdiyim məktəbin yerləşdiyi “Stansiya Sumqayıt” kimi tanınan ərazi XXI əsrin “Danabaş kəndi”dir. Sanki bütün nadan, cahil, elmdən uzaq insanların hamısı orada cəmlənib. Bazar günü şagirdin evinə zəng edib imtahana çağırmışam. Telefona şagirdin valideynləri yox, qohumu cavab verib. Mən isə bunu bilməmişəm. Sən demə, telefona cavab verən şagirdin əmisi olub. Mənə dedi ki, sən kimsən evə zəng edirsən? Bildiridi ki, bura mənim evimdir, sənin axtardığın şagird bu evdə yaşamır. Telefonda qışqırıb məni təhqir etdi. Elə hadisə də telefon danışığından bir neçə dəqiqə sonra baş verdi. Şagirdlərə buraxılış vərəqini paylayıb sinifdən çıxarkən arxadan mənə güclü zərbə dəydi. Özümü saxlaya bilməyib pilləkəndən aşağı yıxıldım. Məni vuran şəxs isə dərhal qaçıb getdi. Sir-sifətim çox pis vəziyyətdir, burnum pilləkənə dəyərək sınıb. Bədənimin müxtəlif yerlərində qançır yerləri var. Dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim”.

X.Ələkbərova qeyd etdi ki, xəsarətləri ilə bağlı ekspert rəy verib. Burnun açıq sınığı diaqnozu qoyulub, ayaqlarında xəsarətlər var: “Hüquq-mühafizə orqanları həmin şəxslə bağlı layiqli qərar verəcəklər. İnanıram ki, o adam cəzasını alacaq. Axı o, Azərbaycan kişisinə yaraşmayan hərəkət etdi, qadınına əl qaldırdı, özü də qadına layiq olmayan şəkildə! Onun ailəsi də bizə gəlmişdi. Üzrxahlıq etdilər. Ancaq onu bağışlamayacam! Azərbaycan qadınına, müəllimə qarşı belə hərəkət etmək olar!?”.

Zərərçəkmiş direktor 43 saylı məktəbdəki yaranmış bəzi problemlərdən də danışdı: “Əvvəllər məktəbimizdə hicabla bağlı problem olub. Onların mənimlə əvvəllər davası olub, sonra barışıq olub. Döyülməyim hicabla bağlı deyil. İki nəfər hicablı şagirdimiz var, onlar da məktəbi qurtarıb gedəcəklər. Məktəbin keçmiş derektoru Əhəddin Paşayev mənimlə mübarizə aparır. Mən sumqayıtlı deyiləm. Bura məktəbi qaldırmaq, təhsili inkişaf etdirmək üçün gəlmişəm. İşimin də öhdəsindən gəlirəm. Ancaq keçmiş direktor məni biabır etmək üçün çox çalışır”.

Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, X.Ələkbərovanı döyən şəxs müəyyən edilib. O, orta məktəbin şagirdlərindən birinin qohumudur. Hazırda araşdırma aparılır. Ekspert rəyindən sonra Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanacaq.

Anar Məmmədov
Milli.Az

Facebook Şərhləndirmə:

“Məktəbin xanım direktoru vəhşicəsinə döyüldü” yazısına 2 cavab

  1. Gunus-m deyir:

    Cox teessuflendim bu hadiseye gore.Duzdur kisi qadina el qaldirmali deyil.Mence bu kisinin zeifliyidir hem menevei hem de …En azindan u guclu insan olsaydi oz eseb hisslerine hakim ola bilerdi.Insani vurmazlar,basa salmaga calisarlar en azindan basa dusene kimi.Ehhh.Kisiler kisiler yene de kisiler…

  2. XANIM deyir:

    BUNU EWITMEMIWDIM. STANSIYA SUMQAYITI YAXWI TANIYIRAM,KECMIW DIREKTORU DA TANIYIR,INDI VEZIYYET NECEDI DEYE BILMEREM,AMMA DIREKTORUN BU MESELEDE KECMIW DIREKTORDAN DANIWMASI YERINE DUWMEDI.

Şərhinizi yazın