Menu
Geri İrəli

“Məzunlar” Sumqayıtda konfrans keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2013 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur
Share Button
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində Sumqayıt şəhərində, Nəriman Nərimanov adına Mədəniyyət evində konfrans keçirib.
qhtxeber.az-ın məlumatına görə, Konfrans Dövlət Himninin səslənməsi ilə başlanıb. Tədbiri  Birliyin sədri Çingiz Bayramov açaraq iştirakçılara layihənin əhəmiyyətindən danışıb və bildirib ki, Ulu öndər Heydər Əliyevinbizə qoyub getdiyi azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur: “Azərbaycançılığın ümumilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz Ulu öndərimizin adı ilə bağlıdır”.
Tədbirdə TUMİB-in mətbuat xidmətinin rəhbəri- Jurnalist Araşdırmaları Mərkəzininm sədri Seymur Verdizadə, TUMİB-in İdarə Heyətinin üzvü Vüqar Şahbazlı, təşkilatın “Gənclər Mərkəzi”nin sədri Aidə İmamova, gənc şairə Turanə Şamaxılı, ictimaiyyət nümayəndəsi Arif Quliyev və  “Bilik Tədris Mərkəzi”nin rəhbəri Sənan Əsgərov çıxış edərək vurğulayıblar ki, bu gün dünyada 60 milyona yaxın azərbaycanlı  yaşayır və onların güclü olması üçün gənc nəslin milli ruhda yetişdirilməsi vacibdir.
Qeyd edək iki , Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Dünya Azərbaycanlı Gənclərinin təşkilati dəstəyilə icra olunan layihə çərçivəsində keçirilən tədbirin sonunda iştirakçılara TUMİB-in diplomları verilib.
Xatirə
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın