Menu
Geri İrəli

MTN əməkdaşları və veteranlar Sumqayıtda şagirdlərlə görüşüblər

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2013 • Baxış sayı: 201 dəfə • Şərh yoxdur

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, nazirliyin Heydər Əliyev adına Akademiyasının kursantları və veteranları Azərbaycan xüsusi xidmət orqanlarının yaranmasının 94-cü ildönümü ərəfəsində Sumqayıt şəhər Nizami Gəncəvi adına təbiət və texniki elmləri liseyinin müəllim və şagirdləri ilə görüşüblər. Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları liseyin foyesində Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətinə həsr olunmuş fotostendlərlə tanış olublar. Tədbiri açan Sumqayıt şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev milli təhlükəsizlik orqanları əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib. M.Əliyev bayram tədbirinin keçirilməsi üçün Sumqayıt Sumqayıt şəhər Nizami Gəncəvi adına təbiət və texniki elmləri liseyinin seçilməsinə görə milli təhlükəsizlik naziri Eldar Mahmudova minnətdarlığını bildirib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Sadıqov bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb: “Bu cür görüşlərin keçirilməsinin gənclərimizin tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində önəmli rolu var”.

Təhlükəsizlik orqanlarının veteranları – Zülfüqar Tağıyev və Hamlet İsmayılov milli təhlükəsizlik orqanlarının yarandığı gündən müasir dövrümüzə qədər keçdiyi çətin və şərəfli tarix barədə danışıblar.

Sonra liseyin şagirdləri tərəfindən hazırlanmış vətəni, dövləti, müstəqilliyimizi tərənnüm edən şeir və musiqi kompozisiyaları, səhnəciklər göstərilib, Sumqayıt musiqi texnikumunun tələbələrinin ifasında oxunan muğam hissələri tədbir iştirakçılarında xoş ovqat yaradıb.

Tədbirin sonunda Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun şərəfli döyüş yolunu əks etdirən «İgidnamə» sənədli filmi nümayiş olunub.

lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın