Menu
Geri İrəli

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləşib, itkilər var

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Avqust 2013 • Baxış sayı: 225 dəfə • Şərh yoxdur
Son zamanlar cəbhə xəttində ciddi gərginlik yaşanır. Bunu cümə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiorğlu bildirib: “Cəbhədə son zamanlar vəziyyət gərginlləşib. Atışmalar demək olar ki, intensiv xarakter daşıyır. Erməni silahlı bölmələri təmas xəttində atəşkəs rejimini pozurlar. Azərbaycan əsgərləri də düşmənə layiqli cavab verirlər. Vəziyyət indi belədir ki, hər gün atışma var və hər iki tərəfdən yaralananlar və itkilər olur”.
Polkovnik E.Sabiroğlunun sözlərinə görə, belə halların baş verməsi ilk dəfə deyil və erməni tərəfi bundan hiylə məqsədilə istifadə etməyə çalışır: “Bu hadisələr mütəmadi xarakter daşıyır və konkret hansısa əlamətdar günlərlə bağlı deyil. İl boyu cəbhə xəttində atışmalar davam edir. Bəzən intensiv xarakter daşıyaraq daha güclü olur. Bu o deməkdir ki, düşmən, yəni ermənilər sakit oturmayıblar. Onlar atəşkəs rejimini pozurlar. Daha sonra bunu Azərbaycan Silahlı Qüvvələrinin üstünə atmağa çalışırlar, beynəlxalq təşkilatlara da bu cür hesabatlar verirlər. Bu erməni hiyləgərliyini göstərən amillərdən biridir”.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın