Menu
Geri İrəli

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2015 • Baxış sayı: 458 dəfə • Şərh yoxdur
Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıtda tədbir keçirilib

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Sumqayıtda tədbir keçirilib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələr kimi, təhsil sahəsi də inkişaf etməyə başlayıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, ölkəmizdə ümumtəhsil məktəblərinin maddi-texniki bazası möhkəmləndirilir, müasir tələblərə cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilir, müəllim və şagirdlərə göstərilən qayğı gündən-günə daha da artır. Tədbirdə xalqımızın milli təfəkküründə müəllim adının hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunduğu, böyük hörmətlə, yüksək ehtiramla çəkildiyi qeyd edilib. Çıxış edən ziyalılar Sumqayıt müəllimləri adından Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllimə fəxri fərman və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb. (azertac.az)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın