Menu
Geri İrəli

MÜJDƏ: ““Azərikimya”nın əməkçiləri üçün Sumqayıtda 5 yeni yaşayış binasının tikintisi planlaşdırılır”

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2016 • Baxış sayı: 1,126 dəfə • Şərh yoxdur

Azerkimya_bina_170812Son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub.

 ”APA-Economics” xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində deyilir.

 ”2010-cu ildə bu məqsədlə yaratdığımız “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla çalışaraq, fəaliyyəti dövründə 1826 neftçi ailəsinə mənzil verilməsini təmin etmişdir. Hazırda SOCAR üzrə 3392 nəfər mənzil uçotundadır ki, onların da 2950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır”, – deyə R. Abdullayev qeyd edib.

 O xatırladıb ki, bir neçə gün əvvəl, ənənəyə sadiq qalaraq neftçilərin peşə bayramı münasibəti ilə Xətai rayonu M. Hadi küçəsində inşa olunmuş 9 mərtəbəli yeni bir yaşayış binası da istifadəyə verilib: “Daha 144 neftçi ailəsini mənzillə təmin etdik. Qeyd edim ki, SOCAR-da çalışan gənc mütəxəssislərdən, o cümlədən Təqaüd Proqramının məzunlarından 12 nəfəri də bu binada mənzil alıb. Hazırda Lökbatan qəsəbəsində 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli 1, “Azərikimya” İB-nin əməkçiləri üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yeni yaşayış binasının tikintisi planlaşdırılır. Qarşıdakı illərdə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksi də inşa olunacaq. Artıq kompleksin layihələndirmə işləri başa çatdırılıb. Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsi nəzərdə tutulur. SOCAR üzrə rayonlarda mənzil uçotunda olanların yaşayış sahələri ilə təmin olunması məqsədilə də mütəmadi olaraq tədbirlər görülür”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın