Menu
Geri İrəli

Musiqi ürəyi gücləndirir

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2013 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur
Share Button

Serbiyanın Nis Universitetindən elm adamlarının araşdırması instrumental musiqinin ürəyi gücləndirdiyini, ürək xəstələrinin daha tez yaxşılaşmasına kömək etdiyini göstərib.

Trend “Anadolu” agentliyinə istinadən məlumat verir ki, ürək xəstəsi olan 74 nəfəri 3 qrupa ayıran alimlər ilk qrupdakılardan 3 həftə ərzində aerobika dərslərinə getmələrini, ikinci qrupdakılardan dərslərə gedərək gündə yarım saat musiqi dinləmələrini xahiş edib. Son qrupdakılar isə sadəcə musiqi dinləyib.

3 həftədən sonra idman edən və musiqi dinləyən ürək xəstələrinin vəziyyətinin xeyli yaxşılaşdığı məlum olub. Bu qrupdakıların ürək fəaliyyəti yüzdə 39 artıb.

Musiqi dinləməyən, yalnız idman edənlərin ürək fəaliyyətinin yüzdə 29, sadəcə musiqi dinləyən qrupdakıların isə yüzdə 19-a yüksəldiyi müəyyən edilib.

Beləliklə, alimlər musiqi dinləyərək idman etməyin ürək fəaliyyətinin yaxşılaşmasına kömək etdiyini bildirirlər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın