Menu
Geri İrəli

Nazir dərman qiymətlərindən danışdı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2015 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

oqtay

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasını keçirib.

“Qafqazinfo” xəbər verir ki, iclasda səhiyyə naziri Oqtay Şirəliyev də çıxış edib:

“Dünyadakı maliyyə böhranına baxmayaraq, Azərbaycan dövləti səhiyyə sahəsində öz vətəndaşları qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir.

Bu il ölkə üzrə 6 milyon 935 min nəfər, o cümlədən 1 milyon 695 min uşaq müxtəlif müayinələrə cəlb olunub. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəyə cəlb edilməsi əhalinin sağlamlıq göstəricilərinə tezliklə müsbət təsirini göstərəcək”.

Nazir vətəndaşların səhiyyə ilə bağlı müraciətlərinə təcili cavab verildiyini bildirib:

“Keçən ilin sonunda Elektron Səhiyyə Mərkəzi istifadəyə verilib. Vaxtilə vətəndaşlar ərizə ilə, məktubla Nazirliyə müraciət edib, xeyli gözləməli olurdular. İndi isə bir növ Səhiyyə Nazirliyinin “Asan xidmət”i funksiyasını yerinə yetirən bu Mərkəz onların problemlərini rahat və qısa müddətdə həll etməyə imkan verir. Doqquz ay ərzində Elektron Səhiyyə Mərkəzinə 22 min insan müraciət edib, onların problemlərinin əksər hissəsi yerindəcə həll olunub.

Dərmanların əsassız qiymət artımının qarşısını almaq üçün İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birlikdə tədbirlər proqramı hazırlanıb və tətbiq olunur. Buraya həm aptek şəbəkəsinə nəzarətin gücləndirilməsi, həm satılan dərmanların qiymətinin və keyfiyyətinin uyğunluğuna, həkimlərin təyinatlarına nəzarət, həm də təlimlərin keçilməsi daxildir. Bu günə kimi Tarif Şurası 2183 dərman vasitəsinin qiymətini təsdiqləyib və onların da qiyməti aşağı salınıb”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın