Menu
Geri İrəli

Nazir Sumqayıtda olub

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Noyabr 2013 • Baxış sayı: 271 dəfə • Şərh yoxdur
Share Button

nazir1Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Sumqayıt şəhərində müharibə əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binası ilə tanış olub. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 Sakinlər görülən işlərlə bağlı razılıqlarını ifadə edərək, yaşa yış binasının həyətində uşaqlar üçün idman və əyləncə qurğularının quraşdırılmasını, ahıl şəxslər üçün  istirahət guşəsinin yaradılmasını da xahiş ediblər.

 Nazir sakinlərin istəyinə uyğun olaraq, binanın həyətində uşaqlar və ahıl şəxslər üçün guşələrin yaradılması üçün müvafiq işlərin görülməsi barədə tapşırıq verib.

Nazir eyni zamanda, Sumqayıt şəhər və Abşeron rayon Əhalinin sosial müdafiəsi mərkəzlərinin, habelə Tibbi-sosial ekspert komissiyalarının iş şəraiti ilə yerindəcə tanış olub. Həmin vaxt bu qurumlara müraciət edən vətəndaşların onlara göstərilən xidmətlə bağlı fikir və rəylərini öyrənən nazir  hər bir vətəndaşın müraciətinə diqqət və qayğı ilə yanaşılması barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib. İşində yol verdiyi nöqsanlara görə, Abşeron rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktor müavini, ünvanlı sosial yardım sektorunun müdirinin tutduğu vəzifəsindən azad olması barədə yerindəcə qərar qəbul edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın