Menu
Geri İrəli

Nizami Piriyev danışdı: “Borcumun bir hissəsini qaytardım”

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2015 • Baxış sayı: 413 dəfə • Şərh yoxdur

“Rəhbəri olduğum Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyim üçün mayın 8-də həbs edildim”.

Bunu AzVision.az-a açıqlamasında ötən gün həbsdən çıxan iş adamı Nizami Piriyev deyib.

Adı kredit qalmaqalında hallanan oliqarx qeyd edib ki, rəhbəri olduğu Metanol zavodu fəaliyyətini bərpa edəcək.

nizami piriyevN.Piriyev həmçinin saxlanıldığı müddətdə kredit borclarının bir hissəsini ödədiyini də qeyd edib: “İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi. Hal-hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm”.

İş adamı həbsi dövründə haqqında yayılan bəzi informasiyaların həqiqət əks etdirmədiyini vurğulayıb.

“Həbsdən azad olunmağımla bağlı son günlərdə mətbuata verilmiş informasiyalar həqiqəti əks etdirmir. Ona görə də mən bunları kimlərinsə yaranmış şəraitdən sui-istifadə edərək cəmiyyətdə özlərinə “nüfuz” toplamağa cəhd göstərməsi kimi dəyərləndirirəm”.

Qeyd edək ki, N.Piriyev Azərbaycan Beynəlxalq Bankdan götürdüyü krediti qaytarmadığı üçün mayın 12-də həbs edilmişdi.

O, “PNN Group” şirkətinin təsisçisidir. Şirkətə onun oğlu Nəsib Piriyev rəhbərlik edir. “PNN Group”un əsas aktivləri neft-kimya sənayesi sahəsində fəaliyyət göstərən və metanol istehsalı ilə məşğul olan “AzMeCo” şirkətinə məxsusdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın