Menu
Geri İrəli

ÖZBƏKİSTAN GƏNCLƏRİ SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2010 • Baxış sayı: 171 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbərliyi altında Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 28 sentyabr 2010-cu il tarixində “28 May” mədəniyyət evində Özbəkistan və Azərbaycan gənclərinin iştirakı ilə konsert təşkil olunub.

Azərbaycanda Özbəkistan Gənclərinin Günləri çərçivəsində baş tutmuş tədbir müxtəlif sahələri təmsil edən gənclər və şəhər ictimaiyyətinin nümayəndələri tərəfindən seyr edilib. Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və nazirliyin əməkdaşları, Baş İdarənin rəisi Musa Həsənov, Özbəkistanın “Kamolot” Gənclər İctimai Hərəkatının Mərkəzi Şurası sədrinin birinci müavini Firuzə Muhammedcanovanın rəhbərliyi ilə nümayəndə heyətinin üzvləri də tamaşaçılar arasında idi.

Sonda qonaqlara Baş İdarənin hədiyyələri təqdim edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın