Menu
Geri İrəli

Özünü yandıran sumqayıtlı qadının vəziyyəti daha da ağırlaşıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2014 • Baxış sayı: 530 dəfə • Şərh yoxdur

“Jalə Salahovanın vəziyyəti daha da ağırlaşıb. Hazırda intoksikasiya (zəhərlənmə) dövrünü yaşayır”. Bu barədə Modern.az-a Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov məlumat verdi. Həkim xəstənin həyati təhlükəsinin hər keçən an artdığını vurğulayır. “Yüngülləşmə müşahidə olunmur, getdikcə daha da ağırlaşır. Yoldaşı Elçin Salahov isə yaxşıdır”.

Qeyd edək ki, Sumqayıt şəhər sakinləri Elçin Salahov və Jalə Salhova evlərinin sökülməsinə qarşı prezident administirasiyası qarşısında üstlərinə benzin tökərək yandırmışdılar. Onların azyaşlı qızları var.

emi qardasi qizin yandirdi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın