Menu
Geri İrəli

Prezident İlham Əliyev sumqayıtlı gənci əfv elədi

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2011 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla əfv olunan 92 məhkumun siyahısı açıqlanıb.  Siyahıda sumqayıtlı gənc Cabbar Savalanlının adı da var. 

Xatırladaq ki, Cabbar Savalanlı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham edilib. Bu il mayın 4-də narkotik saxlamaqda ittiham olunan Cabbar Savalanlı Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə  2 il 6 ay azadlıqdan məhrum edilmişdi.

Cabbar Savalanlının vəkili Anar Qasımov “sumqayitxeber.com” saytına açıqlamasında bildirmişdir ki, bu hadisə hər birimizi sevindirir: “Hər bir halda, hansı formada azad olunmasından asılı olmayaraq, bu hadisə çox sevindirici haldır. Biz çalışacağıq ki, Cabbarın bəraət alması üçün bundan sonra da fəaliyyətimizi davam etdirək. ”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın