Menu
Geri İrəli

Prezident Zakir Fərəcovun çiyninə elə bir məsuliyyət yükləyib ki…

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2015 • Baxış sayı: 3,483 dəfə • 2 şərh
Share Button

Sumqayıtın yeni başçısının dövlət rəhbərliyinin təqdirini qazanması onun vəzifədə irəli çəkilməsinə səbəb olub; gözlər Fərəcovda – bacaracaqmı?

 Zakir-Fərəcov-300x220
Xəbər verdiyimiz kimi, sentyabrın 2-də ölkə prezidenti bir sıra rayon və şəhərlərin icra başçılarını dəyişib. Yeri dəyişdirilən icra başçılarından biri də Abşeron Rayon İH başçısı Zakir Fərəcov olub. Ölkə başçısı Fərəcovu Sumqayı şəhərinə başçı təyin edib. Ancaq bu təyinat birmənalı qarşılanmayıb.
Məsələ burasındadır ki, Abşeron ən iri rayonlardan biri olmaqla yanaşı, Bakının ətrafında, belə desək, şəhərin böyüyən hissəsində yerləşməsi bu rayonu hər zaman diqqət mərkəzində edib. Və təbii ki, Abşeronla bağlı şikayətlər də çox olub. Bu mənada ölkə başçısının Zakir Fərəcova daha böyük etimad göstərməsi bir qədər gözlənilməz olub. Hər kəs daha çox bu təyinatın arxasındakı səbəblərlə maraqlanır.
Qeyd edək ki, Zakir Fərəcov Sumqayıta “yad adam” sayılmır. O, sumqayıtlıdır. Uzun illər bu şəhərdə yaşayıb işləyib. 1999-2005-ci illərdə isə Sumqayıt bələdiyyəsinin sədri işləyib. Fərəcov Zakir Fərəc oğlu 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olub.
Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlayıb, 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində texnik işləyib. 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunub.
Z.Fərəcov Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində baş direktor olarkən ciddi fəaliyyəti ilə seçilib. Onu tanıyanlar şəhər təsərrüfatını çox yaxşı bildiyini deyirlər. Üstəlik, illərin təcrübəsi Z.Fərəcovu yaxşı idarəçi kimi xarakterizə etməyə imkan verir.
Ona görə də, Prezident İlham Əliyev hakimiyyətə gəldikdən az sonra Z.Fərəcovu ən mürəkkəb və dağınıq bir rayona rəhbər təyin etdi. Ekspertlər bildirir ki, 10 il müddətində ZƏFərəcov Abşeronda çox ciddi işlər görüb. O, rayon ərazisini bataqlıqdan, zibildən təmizləyib abadlaşdırıb.
Z.Fərəcovu yaxından tanıyan, onunla vaxtı ilə birlikdə işləmiş şəxslərin məlumatına görə, idarəçilik və təsərrüfat işini əla bilməsi onu dövlət rəhbərliyinin gözündə qaldırıb. Xırdalan şəhərinin abadlaşdırılması, oranın prezident tərəfindən şəhər statusu alması ilə nəticələnib. Gerçəkdən də Xırdalan son 10 ildə ciddi şəkildə abadlaşıb.
Z.Fərəcov 2012-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Bizə çatan məlumata görə, Z.Fərəcovun daha yuxarı vəzifəyə irəli çəkilməsində ilk növbədə onun özünün ölkə rəhbərliyi qarşısındakı xidmətləri dayanır. Z.Fərəcov daha az büdcə ilə Xırdalan şəhərinin abadlaşdırılmasını, infrastrukturun yaradılmasını təmin edib və bu işləri şəhərə səfər edən ölkə başçısının diqqətini cəlb edib.
Z.Fərəcovun Xırdalanda tikdirdiyi Heydər Əliyev Mərkəzi dövlət rəhbərliyinin çox xoşuna gəlib. Şahidlərin dediyinə görə, prezident İlham Əliyev Xırdalana səfəri zamanı Zakir Fərəcova tikdirdiyi Heydər Əliyev Mərkəzinə görə təşəkkür edib. Dövlət başçısı hamının yanında deyib ki, rayonlarda indiyədək inşa olunan Mərkəzlərin içində ən yaxşısını Z.Fərəcov tikdirib. Prezidentdən bu təqdiri almaq hər icra başçısına nəsib olmur.
Sumqayıtın yeni başçısına etimadın daha bir səbəbi onun Xüsusi Dövlət Mühafizə Xidməti rəhbərliyi ilə yaxın olmasıdır. Bizə çatan bilgilərə görə, Fərəcovu XDMX rəhbərliyinə yaxın qohumluq əlaqələri bağlayır. Onun yaxın qohumları bu idarədə çalışır. Məhz bu əlaqələri vasitəsilə Abşeronun keçmiş başçısı ona qarşı hücumlardan qorunub, ölkə rəhbərliyinə çıxış əldə edib. Bizə çatan bilgilərdə o da iddia olunur ki, vəzifədə irəli çəkilməsində bu amilin rolu olub.
Sumqayıtda yaşayan, uzun illər bu şəhərdə rəhbər vəzifə tutan bir şəxs müxbirimizə bildirib ki, Zakir Fərəcov Sumqayıtı abadlaşdıracağına, ən əsası, yerli əhalinin illərdən bəri yığılıb qalan sosil-iqtisadi problemlərinin həllinə dair dövlət rəhbərliyi qarşısında öhdəlik götürüb. Mənbəmiz iddia edir ki, yeni başçı bu işlərin öhdəsindən gələ biləcək. Onun sözlərinə görə, bu qənaətə gəlməsi üçün ortada nümunə var – Abşeron nümunəsi…
Zakir Fərəcov çox ciddi yükün altına çiyin verib. Öhdəsindən gələ biləcəkmi? Bunu zaman göstərəcək…
Kənan
Facebook Şərhləndirmə:
Share Button

“Prezident Zakir Fərəcovun çiyninə elə bir məsuliyyət yükləyib ki…” yazısına 2 cavab

  1. Elnur Mehherremli deyir:

    Ugurlar!Zakir Muellim Sumqayit ucun cox wey edecek,Bir sheyi qeyd edimki Eldar muellimin vaxtinda Sumqayitda bir agac renglenmeyib,Mehle ici yollar berbad gundedi,

  2. VÜSAL deyir:

    Eldar Əzizov Sumqayit inkişaf edir deyib, Şəhəri alkopona bürüdü. (Biabırcılıq)
    Heyib tortundan amma hec kim narahat olmasın.
    Tort yeməyə Bakıya gedərik. Ura…. Yaşasin Tort.

Şərhinizi yazın