Menu
Geri İrəli

Rektor 25 nəfərlik nümayəndə heyəti ilə Sumqayıtda oldu – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2016 • Baxış sayı: 790 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, texnika elmləri doktoru Mustafa Babanlının başçılıq etdiyi 25 nəfərlik nümayəndə heyəti ilə görüş keçirilib.

“Report” xəbər verir ki, görüşdə universitetin Sənayenin təhlükəsizliyi və əməyin mühafizəsi, Mühəndis qrafikası, Üzvi kimya, Neftin, qazın kimyası və texnologiyası, Yüksək molekullu birləşmələrin texnologiyası, Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası, Fiziki və analitik kimya, Kimya texnologiyasının mühəndis əsasları və digər kafedraların müdirləri, aparıcı müəllimləri, həmçinin doktorant və magistrləri, eyni zamanda “Azərikimya”nın aparıcı mütəxəssisləri iştirak edib.

Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev 2010-cu ildən bəri qurumda həyata keçi­rilən yenidənqurma və modernizasiya işləri, həmçinin perspektiv layihələr haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Sonra “Azərikimya” İB-də 2010-cu ildən bəri görülmüş işlər və 2020-ci ilə qədər həyata keçiriləcək layihələri özündə əks etdirən slayd-şou təqdim olunub.

Görüşdə həmçinin perspektiv planlar – Kimya sənayesinin 2016-2019-cu illər üçün hədəfləri – Kimya Sənaye Parkı, “SOCAR Polymer” layihəsi çərçivəsində tikilən Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatları, ölkənin ərzaq təhlükəsizliyinin təmin edil­mə­sin­də mühüm rola malik olacaq Karbamid (Azot gübrəsi) zavodunun tikintisi, həmçinin 2020-ci ilin əvvəllərinə qədər tikilib istismara verilməsi planlaşdırılan 7 müxtəlif qurğu haqqında məlumat verilib, kadr hazırlığı məsələləri, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən Sumqayıtda yaradılmış Təlim-tədris Mərkəzi, respublikanın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr, eyni zamanda həyata keçirilən sosial yönümlü tədbirlər haqqında da geniş söhbət açılıb.

Görüşdə belə bir yekdil rəyə gəlinib ki, bu qəbildən olan görüşlər davamlı xarakter alsın, bu da gələcəkdə qarşılıqlı faydalı əməkdaşlığın detallarını özündə əks etdirən çərçivə sazişinin imzalanmasına vəsilə olsun. Görüşün sonunda “Azərikimya” İB adından ADNSU-nun rəhbərliyinə xatirə hədiyyəsi təqdim olunub.

Görüşdən sonra qonaqların “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna ekskursiyası təşkil olunub və onlar burada fəaliyyət göstərən istehsalat sahələri ilə yaxından tanış olublar.

e83c75a2-d505-4b64-b3bc-83ee837efa0c 6a8868d0-2c75-4237-b452-05d1be43fee4 4a7720d7-b558-4451-aca2-dc7e0e6e3fc5 8224c722-39ba-48ab-825c-b96dc30b2fe9 0e967111-994e-42b2-9262-aacb8428825d

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın