Menu
Geri İrəli

Rustavi merinin müavini Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Sentyabr 2014 • Baxış sayı: 395 dəfə • Şərh yoxdur


450_fo36Z17b0GW8Gürcüstanın Sumqayıtla qardaşlaşmış şəhəri olan Rustavinin merinin müavini Giorgi Tabatadzenin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Bələdiyyəsinin rəhbərliyi ilə görüşüb.

 Sumqayıt bələdiyyəsindən verilən məlumata görə, görüşdə Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev şəhərin yubiley tədbirlərində iştirak etdiklərinə görə qonaqlara və onların şəxsində Rustavi meriyasının rəhbərliyinə və bütün gürcü dostlara minnətdarlığnğ ifadə edib. Bələdiyyə sədri qonaqlara Sumqayıtın  tarixi, dünəni və bügünü haqqında geniş məlumat verib, şəhərin inkişafında, sənaye potensialının və iqtisadiyyatının gücləndirilməsində dünya şöhrətli siyasətçi, 34 il respublikamıza rəhbərlik etmiş dahi rəhbər Heydər Əliyevin misilsiz xidmətlərindən söhbət açıb, ölkəmizin sürətli inkişaf estafetinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Bunun nəticəsi olaraq son illərdə Sumqayıtda da geniş müasirləşmə və abadlaşdırma tədbirləri çərçivəsində böyük quruculuq işlərinin aparıldığı, şəhərin  iqtisadi xəritəsində yeni-yeni müəsisələrin yer aldığı bildirilib.

 Rustavi merinin müavini Giorgi Tabatadze nümayəndə heyəti adından səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin ildə-ilə daha da möhkəmlənməsindən məmnunluq ifadə edib. Qonaqlar Rustavinin uzun illərdir ki qardaş olduğu Sumqayıtın sosial-iqtisadi sahələrdə yüksək inkişafının onlarda fərəh doğurduğunu nəzərə çatdırıblar. Qonaqlar Sumqayıtın yubileyi günlərində şəhərin bir çox sənaye müəssisələrində, xüsusilə də Sumqayıt Texnologiyalar Parkında şahidi olduqları innovativ texnologiyalar və müasir istehsalatların onlarda xoş təəssürat yaratdıqlarını dilə gətirib, qardaş Azərbaycanın, o cümlədən Sumqayıtın sürətli inkişafından, şəhərin yubileyinin onun adına layiq, böyük, möhtəşəm təntənə ilə keçirilməsindən dost qüruru duyduqlarını bildiriblər.
Sonda  Sumqayıt Bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev qardaş Gürcüstandan olan qonaqlara şəhərimizin 65 illiyi münasibətilə xatirə hədiyyələri təqdim edib
450_4uL3k15tUdpC

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın