Menu
Geri İrəli

Şəhərimizdə “Qarabağ əlilləri və gənclərdə vətənpərvərlik ruhu” mövzusunda tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2010 • Baxış sayı: 220 dəfə • Şərh yoxdur

12 dekabr 2010- cu il tarixində, İREX təşkilatının Sumqayıt İcma Məlumat Mərkəzində “Qarabağ əlilləri və gənclərdə vətənpərvərlik ruhu” mövzusunda tədbir keçirilmişdir. Tədbirin qonaqları Azərbaycan Vətənpərvərlər cəmiyyətinin sədri, 1990-cı il 20yanvar əlili və Azərbaycan Respublikasının müharibə veteranı Arif Məhərrəmov və Qarabağ Əlillər cəmiyyətinin sədrinin birinci müavini Firudin Məmmədov idi. Tədbirin keçirilməsində məqsəd Qarabağ əlilləri ilə Sumqayıt gənclərinin daha yaxından tanış olması və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi idi. Qonaqlar tədbir iştirakçıları ilə xatirələrini bölüşdülər, gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün hansı tədbirlərin görülməsi ətrafında diskussiyalar apardılar.
Sumqayıt İcma Məlumat mərkəzinin rəhbəri Günel Rəcəbovanın verdiyi məlumata görə müzakirələr nəticəsində gənclərin Vətən anlayışına münasibətlərini daha aydın görmək olardı. Fikirlər toqquşsa da, sevindirici haldır ki, Vətənə məhəbbət və onu qorumaq mövzusunda hamı bir olmağa hazır olduğunu bildirdi. Hazırda əlillərin üzləşdiyi bəzi çətinliklər də müzakirə mövzusu oldu, lakin qonaqlar gənclərə vətəni və onun uğrunda mübarizə aparmağın müqəddəs bir məqsəd olduğunu aşılamağa çalışdı. Gənclər Qarabağ əlilləri ilə görüşdən xoş təəssüratlarla ayrıldılar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın