Menu
Geri İrəli

Sabah saat 15.02-də gələcək

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2013 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
Bahar Azərbaycana sabah Bakı vaxtı ilə təxminən 15.02 radələrində qədəm qoyacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Bakı ərazisində bahar 15.02 radələrində, qərb rayonlarında və o cümlədən, Naxçıvan ərazisində isə 10 dəqiqə gec daxil olacaq.
Bu gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir.Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edir. Bu gün Azərbaycanda axır çərşənbə və bayram axşamıdır.
BAYRAMINIZ MÜBARƏK!
Facebook Şərhləndirmə:

Şərhinizi yazın