Menu
Geri İrəli

Saray qəsəbəsində dəhşətli qəza: avtomobillər yandı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Avqust 2013 • Baxış sayı: 273 dəfə • 3 şərh

Bu gecə Abşeron rayonunu Saray qəsəbəsində dəhşətli yol qəzası baş verib. Hadisə şahidlərinin “Xəbərlə”yə verdiyi məlumata görə qəza Saray qəsəbəsində yerləşən “Yetər” şadlıq sarayının yaxınlığında döngədə baş verib.  Belə ki, yüksək sürətlə idarə olunan minik avtomobili döngədə düzgün manevr etməyərək idarəetməni itirib.  Nəticədə  yolun kənarında dayanan ZİL markalı yük avtomobilinə çırpılıb. Yük avtomobilində tikinti materialı olan daş olub.  Qəza nəticəsində hər iki minik vasitəsi alışıb yanmağa başlayıb. Yanğınsöndürnlər əraziyə gec gəlməsi nəticəsində minik avtomobili tamamilə yanıb.  Minik avtomobilini sürücüsü zərbənin gücündən ciddi bədən xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

saray

Facebook Şərhləndirmə:

“Saray qəsəbəsində dəhşətli qəza: avtomobillər yandı – FOTO” yazısına 3 cavab

  1. Dadaş Əliyev deyir:

    Dünən bu qəzanın mən də şahidi oldum. Çox sürətli sürürlər. Saray daxili yollar təmir olunandan sonra ümumumiyyətlə sürətli sürürlər. deyəsən bizə təmirli yollar yaraşmır

  2. Ali deyir:

    Allah köməkləri olsun. Deyəsən hər 100 metrdən bir QAİ dayanmalı olacaq yoxsa başqa çarə yoxdur

  3. Azər deyir:

    Eli bey, onda polis catdirmaq olmaz e qardas

Şərhinizi yazın