Menu
Geri İrəli

SDU-da “ Uğurlu Karyeraya Necə Başlamalı?” mövzusunda tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2014 • Baxış sayı: 602 dəfə • Şərh yoxdur

telim-4322dBest Friends Təhsil və Karyera Mərkəzi və Sumqayıt Dövlət Universiteti YAP Gəncləri Birliyi “ Uğurlu Karyeraya Necə Başlamalı?”    mövzusunda tədbir keçirilib.

 Aprel ayının 19-da  saat 10:30-da  Sumqayıt Dövlət Universitetində “Uğurlu karyeraya necə başlamalı?” mövzusunda tədbir keçirildi.

Tədbirdə şəxsi inkişaf və karyera üzrə ekspert-təlimçi, “Karyera Bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev  “Düzgün peşə seçimi və uğurlu iş axtarışı” ,

natiqlik, motivasiya və şəxsi inkişaf  üzrə təlimçi, Creative Education and Training Academy-nin Təlim və Marketinq Direktoru Tofiq Sadıxov “Uğurlu karyeraya başlarkən vaxtın səmərəli istifadəsinin önəmini dərk etmək uğur qazanmanın ən böyük səbəblərindın biridir”,  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, gənclərlə iş üzrə təlimçi-ekspert İsmayıl Kərimov isə  “Həyat yolunun seçimi insanın əslində kim olacağının başlanğıcıdır” mövzusunda çıxış ediblər.

Bundan əlavə, Best Friends Təhsil və Karyera Mərkəzinin Direktoru Elvin Dadaşov uğurlu müsahibə nümunəsi göstərərək nələrin doğru və nələrin yanlış olduğunu bildirib. Xeberle.com saytının baş redaktoru Ramil Zeynallı isə: “Başlamaq üçün mükəmməl olmaq lazım deyil, mükəmməl olmaq üçün başlamaq lazımdır” mövzusunda çıxış edib.

İctimaiyyətlə əlaqələr şöbəsi:  Araz HÜSEYN

Facebook Şərhləndirmə:

Şərhinizi yazın