Menu
Geri İrəli

SDU-nun işdən çıxarılan rektoru : “Almaniyaya gedəcəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Dekabr 2013 • Baxış sayı: 460 dəfə • 2 şərh

N. Qəhrəmanov AzNews.az-a açıqlamasında bildirib ki, vəzifəsindən çıxması ilə bağlı Təhsil Nazirliyinə ərizə ilə müraciət edib: “İşdən çıxmaq istəməm səhhətimdə olan problemlə bağlıdır.

Ərizə ilə müraciət etmişəm. Məndə olan məlumata görə, işdən çıxarılmağım hələ təsdiqlənməyib. Ürəyimdə isə ciddi narahatlıq var. Bir müddət əvvəl ürəyimdən cərrahi əməliyyat olunmuşam, iki “stend” qoyulub. Yaxın günlərdə bu “stend”ləri dəyişdirmək üçün Almaniyaya gedəcəyəm”.

N. Qəhrəmanov universitetdə aparılan yoxlamalara da münasibət bildirib: “Mənim işdən çıxmağımda yoxlamalarla bir bağlılıq yoxdur. Yoxlama bitib, monitorinq də aparılıb. Xırda pozuntular da var ki, bunlar o qədər də ciddi məsələ deyil. Bunlar işdən azad olunmağım üçün əsas ola bilməz. Sadəcə iş ağır olduğu üçün dözməkdə çətinlik yaranır”.

qehremanov

Facebook Şərhləndirmə:

“SDU-nun işdən çıxarılan rektoru : “Almaniyaya gedəcəm”” yazısına 2 cavab

  1. Sual deyir:

    Serhler niye gorunmur ?

  2. Sual deyir:

    Onda bu bolme neye lazimdir ?

Şərhinizi yazın