Menu
Geri İrəli

Sumqayıt cəbhəçiləri bəyanat verdi

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2013 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur
Share Button

 

Partiya fəalı Ülvi Quliyevə qarşı haqsızlıq hiddətlə qarşılanır

AXCP Sumqayıt Şəhər şöbəsi son vaxtlar partiya üzvlərinə qarşı genişlənən təzyiq kampaniyası ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“Son vaxtlar AXCP Sumqayıt Şəhər şöbəsinin faəliyyətinin güclənməsi, xalq arasında artan nüfuzu Sumqayıtın hakim dairələrini narahat etməyə başlayıb. Bu gün yüzlərlə sahibkarlar var ki, bizə müraciət edərək Sumqayıtın icra məmurları tərəfindən huquqlarının pozulması və pozulmuş hüquqlarının müdafiəsi üçün bizdən yardım və məsləhət istəyirlər. Qarşıdan prezident seçkisi gəlir. Insanlar bu seçkiyə böyük ümidlərlə baxır. Seçki yaxınlaşdıqca Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizov başda olmaqla bütün məmurlar bizim partiyaya böyük maneçilik törədirlər. Qanuni vasitələrlə qarşımızı ala bilməyən iqtidar yetkililəri bu gün bizlərin apardığı demokratikləşmə prosesinin qarşısını almaq üçün ən çirkin üsullara əl atmağa başlayıblar.
Belə ki, partiya üzvlərimizə qarşı polisin iyrənc basqıları son günlər yenidən vüsət alıb. Əvvəlcə Sumqayıt AXCP Gənclər Komitəsinin üzvü Daşqın Məlikov martın 25-də Sumqayıtda şərlənərək tutulub və barəsində 2 il 6 aylıq həbs qətimkan tədbiri seçilib. Hazırda Şüvəlandakı 3 saylı Istintaq Təcridxanasında saxlanılır. Daşqın Məlikov 2-ci qrup əlildir, ona qarşı irəli sürülən itthamlar məhkəmədə sübuta yetirilməsə də, məhkəmə tibbi ekspertiza onun narkotik istifadəçisi olmasını təsdiqləyib. Bugünlərdə isə AXCP Sumqayıt Şəhər Şəbəsinin Məclis sədri Ülvi Quliyevin yaşayış evi Sumqayıt Şəhər Icra Hakimiyyətinin 3-cü şöbəsinin və şəhər Polisin birgə iştiraki ilə heç bir məhkəmə qərarı olmadan buldozerlə uçurdulub.ÿMəlumat üçün deyək ki, Ülvi Quliyevin 34 yaşı və himayəsində 2 azyaşlı uşağı var. Uzun illərdir kirayədə yaşayırdı. Özünün və valideynlərinin köməyilə həmin ərazidə bələdiyyədən qanun çərçivəsində torpaq alıb ev tikmişdi. Indi bu evin sökülməsi heç bir insanlığa və qanuna sığmır.
AXCP Sumqayıt Şəhər şöbəsi olaraq bildiririk ki, partiyamızın fəalı olan Ülvi Quliyevə qarşı bu vandalizmi və əadalətsizliyi hakimiyyətin AXCP-yə qarşı növbəti təzyiqi  hesab edirik. Biz, AXCP Sumqayıt Şöbəsi, partiyamızın üzvlərinə qarşı çirkin basqılarla bağlı hakimiyyət yetkililərini təcili tədbirlər görməyə, müxalif fikirli insanların hüquqlarını pozan şəxsləri məsuliyyətə  cəlb etməyə çağırırıq.”

“Azadlıq” qəzeti

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın