Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetində akademik Ramiz Mehdiyevin yeni kitabının müzakirəsi keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2013 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur

01_sumqayit-universitet-kitab-muzakiraSumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin respublikamızın son illərdəki inkişafından bəhs edən “Azərbaycanı dəyişmiş on il (2003-2013)” kitabının müzakirəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, universitetin rektoru Nadir Qəhrəmanov AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin yeni kitabının çox böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır. Qeyd edilmişdir ki, kitabda Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2013-cü illərdə əldə olunan uğurlar dərindən və hərtərəfli təhlil olunur, Azərbaycanda baş verən ictimai-siyasi proseslərdən, respublikamızın innovativ modernləşmə mərhələsinə keçidindən, uğurlu və davamlı inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində elmi cəhətdən əsaslandırılmış strategiyadan söhbət açılır. Bu baxımdan akademik Ramiz Mehdiyevin kitabı son 10 ildə Azərbaycanda yürüdülən siyasət, iqtisadiyyat, sosial, mədəniyyət, təhsil sahəsində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan irəliləyişlər, tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri, ölkənin elmi tərəqqiyə söykənən inkişaf tempi və forumlar platformasının mahiyyəti barədə dəyərli mənbədir.

Rektor 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində xalqın müdrik seçiminin ölkəmizin hər bir sahədə inkişafına yeni müsbət impuls verdiyini vurğulamış və dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasəti sayəsində Azərbaycanın daha böyük uğurlar qazanacağına əminliyini ifadə etmişdir.

Əsərin müzakirəsində çıxış edənlər akademik Ramiz Mehdiyevin daim cəmiyyəti düşündürən, aktuallığı ilə seçilən problemlərə və mövzulara müraciət etdiyini diqqətə çatdırmışlar. Çıxışlarda ölkənin son 10 ildə keçdiyi inkişaf mərhələlərinin öyrənilməsində, hərtərəfli tədqiqində kitabın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Alimlər ciddi mənbələrə və zəngin faktlara əsaslanan əsərin, eyni zamanda, elmi ictimaiyyət və mütəxəssislər üçün də çox qiymətli mənbə, uzunmüddətli elmi istiqamət olduğunu bildirmişlər.

Tədbirdə əsərin universitetdə daha dərindən öyrənilməsi və son 10 ildə ölkənin inkişaf mərhələlərini tədqiq etmək istiqamətində elmi yanaşmanın əsaslandırılması, əldə edilən nəticələrin tədrisinin vacibliyi diqqətə çatdırılmışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın