Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin tələbəsi qovulmaq problemi ilə üzləşib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 178 dəfə • Şərh yoxdur

Ali məktəb tələbəsinin universitetdə kredit sistemi ilə bağlı problemi var. Sumqayıt Dövlət Universitenin tələbəsi qovulmaq üzrə olduğundan Milli.Az-a üz tutub.
Universitetin Tarix fakültəsinin 4-cü kurs tələbəsi yazır ki, imtahandan kəsri yaranıb.

Ona görə də aşağı kurslarla kəsr dərslərinə girir.
“Aşağı kursla kəsr dərsinə girə-girə bizdən kredit də alırlar.
Heç çek də vermirlər ki, aparıb bankda ödəyək.
Bilmək istəyirəm ki, aşağı kurslarla semestr ərzində dərslərə girirəmsə, kredit ödəməliyəm?” – tələbə şikayət məktubunda vurğulayıb.
Universitetin Tarix fakültəsinin dekanı Adil Baxşəliyev açıqlamasında bildirdi ki, kəsr dərslərinə gedən tələbələrdən kredit alınmır.Onun sözlərinə görə, kredit yalnız yay imtahanlarından kəsiləndə alınır: “Dördüncü kurs tələbələrinin kəsiri dərs vaxtı olub, ona görə də onlardan kredit alınmayacaq. Elə bir problemin olması mümkün deyil”. Anar Məmmədov

Facebook Şərhləndirmə:

Şərhinizi yazın