Menu
Geri İrəli

Sumqayıt Elektrik Şəbəkədə yoxlamalara başlanıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2011 • Baxış sayı: 392 dəfə • Şərh yoxdur
Ehtibar Pirverdiyev REŞ MMC-ni yoxlamağa 15 nəfər göndərib
“Həftə içi”nə daxil olan məlumata görə, “Azərenerji”nin prezidenti Etibar Pirverdiyevin göstərişi ilə “Azərenerji”nin audit şöbəsi, bu qurumun tabeçiliyində olan Sumqayıt Elektrik Şəbəkədə (Sumqayıt REŞ MMC) yoxlamalara başlayıb. Məlumatlı mənbənin verdiyi məlumatda qeyd olunur ki, ötən həftənin şənbə günündən başlayaraq REŞ-MMC-də yoxlamalara start verilib. Mənbənin bildirdiyinə görə, ilkin olaraq yoxlamalarda 10 nəfər iştirak edir və Sumqayıt REŞ MMC-də nə qədər işçi varsa sorğu-sual edilir. Mənbənin sözlərinə görə, yoxlamalara, vaxtilə Sumqayıt REŞ MMC-də satış üzrə müdir müavini olan və sonradan REŞ MMC-nin sədri Sədrəddin Balaşov tərəfindən işdən uzaqlaşdırılan Taryel Bağırov rəhbərlik edir. Məlumatlara görə, işdən uzaqlaşdırıldıqdan sonra uzun fasilənin ardından Bağırov “Azərenerji”nin audit şöbəsinə işə düzəlib və ilk yoxlama işi kimi məhz keçmiş iş yerindən başlayıb. Mənbənin bildirdiyinə görə, Bağırovun məhz MMC-yə yoxlamalara gəlməsinə səbəb vaxtilə onu işindən uzaqlaşdıran Sədrəddin Balaşovla “hesablaşmaq”dır. Əldə etdiyimiz məlumata görə, Taryel Bağırov hətta keçmiş iş yoldaşlarından təzyiq vasitəsilə izahatlar da alır. Xatırladaq ki, aldığımız məlumatda Sumqayıt REŞ MMC-nin texniki direktoru Tahir Məmmədovun şənbə günü işə başlayan yoxlamanın qərarı ilə işdən uzaqlaşdırıldığı da bildirilir. Xəbəri əldə etdiyimiz zaman iş gününün sonu olduğundan məsələnin təfərrüatlarını əlaqədar qurumlardan dəqiqləşdirə bilmədik, ona görə də məsələni diqqətdə saxlayacağıq.
Nahid Canbaxışlı

Facebook Şərhləndirmə:

Şərhinizi yazın