Menu
Geri İrəli

SUMQAYIT GƏNCLƏRİ LAYİHƏ TƏKLİFLƏRİNİN YAZILIŞINI ÖYRƏNDİLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 11 May 2010 • Baxış sayı: 273 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarında Dövlət Dəstəyi Şurasının maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə Gənc İstedadlara Dəstək Fondu “Sumqayıt şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının bacarıqlarının artırılması” layihəsi çərçivəsində 07-09 may 2010-cu il tarixlərində Sumqayıt şəhərinin Nəsimi adına mədəniyyət və istirahət parkında yerləşən “Zümrüd” restoranında 20 nəfərdən ibarət gənclər təşkilatlarının nümayəndələri üçün “Layihə dövrünün idarəedilməsi, layihə dizaynı və layihənin yazılışı” mövzusunda növbəti treyninq-seminar keçirmişdir. Sonra təlimçi İsmayıl Kərimov təşkilat və layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırmışdır. tərəfindən layihə dövrünün idarəedilməsinin müxtəlif mərhələləri, layihə yazılışında problemləri, məqsədlərin müəyyən edilməsi, layihələrdə fəaliyyətlərin qurulması, laihələrin planlaşdırılması, monitorinqi, büdcənin tərtib edilməsi və digər mövzular interaktiv təlim metodu ilə iştirakçılara çatdırılmışdır. Təlim zamanı iştirakçılar layihənin yazılması ilə bağlı praktiki qrup işlərinin həyata keçirərək layihənin yazılması qaydalarını öyrənmişdir.İştirakçılar bu cür təlimlərin davamlı olması və daha uzun müddətə keçirilməsinin zəruriliyi bildirilmişdir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilmişdir. Gənc İstedadlara Dəstək Fondunun Prezidenti Rüstəm Sadıqzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın