Menu
Geri İrəli

Sumqayıt kadrı Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi təyin edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Yanvar 2016 • Baxış sayı: 979 dəfə • 1 şərh

natik-amirov2Prezident İlham Əliyev Natiq Ərziman oğlu Əmirovun Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri N.Əmirov Azərbaycan vergilər nazirinin birinci müavinidir.

N.Əmirov 1967-ci ildə Dəvəçi rayonunda (indiki Şabran) anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitiribr.

1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət müəssisələrinin, təşkilatların və birliklərin mənfəətinin (gəlirlərinin) vergiyə cəlb edilməsi və sair gəlirlər şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyini Qeyri-dövlət müəssisələrində vergi qanunvericiliyinə və dövlət qiymət intizamına nəzarət şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri, Səbail rayonu Vergilər İdarəsinin rəis müavini, 2001-2003-cü illərdə Vergilər Nazirliyinin İri vergi ödəyiciləri ilə iş üzrə Departamentinin rəis müavini və 2003-2005-ci illərdə Vergilər Nazirliyinin İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 16 avqust 2005-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini, 4 mart 2009-cu il tarixli sərəncamı ilə isə vergilər nazirinin I müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var. (Trend)

Facebook Şərhləndirmə:

“Sumqayıt kadrı Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi təyin edildi” yazısına bir cavab

  1. Adil m. deyir:

    Sumqayıtlıları təbrik edirik! Cənab N. Əmirovu təbrik edirik və məsuliyyətli işində ugurlar və müvəffəqiyyətlər tanrıdan diləyirik! Millət ,Vətən və cənab prezident üçün ugurlu olsun!

Şərhinizi yazın