Menu
Geri İrəli

Sumqayıt köhnə avtobuslarla vidalaşır – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2017 • Baxış sayı: 688 dəfə • Şərh yoxdur
Share Button

sumqayt_-_avtobusSumqayıt şəhərinə ictimai nəqliyyatda istifadə üçün yeni avtobusların gətirilməsi davam edir.

Sumqayıt İcra Hakimiyyətinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, şəhərdaxili mövcud xırda tutumlu, istismara yararsız, ekoloji baxımdan primitiv nəqliyyat vasitəsi xətlərdən çıxarılıb, sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 100-ə yaxın müasir avtobus gətirilərək xətlərə buraxılıb.

Bu avtobusların 5, 7 və 30 saylı marşrut üzrə hərəkəti nəzərdə tutulub. İcra hakimiyyətindən ilin sonuna kimi daha bir neçə yeni avtobusun şəhərə gətirilərək nəqliyyat sisteminin tamamilə yenilənəcəyi deyilib.

Mənbə: http://axar.az/news/toplum/230111.html

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın