Menu
Geri İrəli

Sumqayıt Məşğulluq Mərkəzinə yeni rəis təyin olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2016 • Baxış sayı: 1,245 dəfə • Şərh yoxdur
11053139_10207389934253268_8129442005264454245_nZakir Fərəcov Sumqayıt şəhərinə İcra başçısı təyin olunan gündən idarə və müəssisə rəhbərlərinin işini daim diqqətdə saxlayır,vəzifəsindən sui-istifadə edən və məsuliyyətsiz yanaşan rəhbərlər barəsində tədbirlər görür.
Artıq Sumqayıtda daha bir məmur öz vəzifəsi ilə vidalaşmalı olub. Belə ki, ötən gün Sumqayıt şəhər Məşğulluq Mərkəzində kadr dəyişikliyi olub.Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Mərkəzin rəisi Ceyhun Abbasovun işdən azad olunması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi qarşısında təqdimatla çıxış edib. Nazirlik mərkəzin rəisi C. Abbasovu işində verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edib
Onun yerinə isə uzun müddətdir Sumqayıt Məşğulluq Mərkəzində baş məsləhətçi vəzifəsində çalışan İlham Hüseynov təyin olunub.
Qeyd edək ki, ötən gün mətbuatda Ceyhun Abbasovun işsizliyə görə müavinət verilməsində nöqsanlara yol verdiyi ilə bağlı yazı dərc olunmuşdu.
Bu hallarla bağlı onun fəaliyyəti ilə bağlı dəfələrlə mətbuat səhifələrində məqalələr yer alıb. xeberle.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın