Menu
Geri İrəli

“Sumqayıt” payız-qış mövsümünə hazırlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Oktyabr 2013 • Baxış sayı: 190 dəfə • Şərh yoxdur

İstehlakçılara göstərilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, texnoloji itkilərin müəyyən olunmuş həddə saxlanması məqsədilə “Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsi”nin (YGEŞ) balans mənsubiyyətinə aid olan yarımstansiyalarda cari ilin son üç ayı ərzində bir sıra işlər yerinə yetirilib. 

sumqayot-elektrik
“Azərenerji” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə 330 kV-lik “Yaşma” yarımstansiyasında 1 və 3 saylı 200 MVA avtotransformator və onların avadanlıqları təmir edilib. Bütün bunlarla yanaşı sözügedən dövrdə 110 kV-lik I və VII “Sumqayıt”, II “Siyəzən”, II və V “Yaşma” HX-lərinin avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Qeyd edək ki, 220 kilovoltluq “Sənaye Qovşağı” yarımstansiyasında isə 1 saylı 200 MVA avtotransformator və avadanlıqları təmir edilib. Yeri gəlmişkən, analoji təmir işləri 110 kV-lik “Sumqayıt-3”, “135 saylı”, “Sumqayıt-2” və “Kimyaçılar” yarımstansiyalarında da həyata keçirilib. Müvafiq təmir-bərpa işləri 110 kV-lik “Sumqayıt” HX-lərində də aparılıb. Payız-qış mövsümünə hazırlıqla əlaqədar cari ilin III rübü üçün nəzərdə tutulmuş bütün işlər əsasən yerinə yetirilib.
Nigar Məmmədli
Facebook Şərhləndirmə:

Şərhinizi yazın