Menu
Geri İrəli

Sumqayıt şəhərində bloqlarla bağlı 3 günlük təlim keçirələcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Dekabr 2010 • Baxış sayı: 193 dəfə • Şərh yoxdur

yazmaq vaxtıdır!”

Bloq yazmaq istəyənlər üçün təlim

“Gənc Bloqçular Şəbəkəsi” layihəsi çərçivəsində Sumqayıt şəhərində bloqlarla bağlı 3 günlük təlim keçirələcəkdir. Təlimdə İnternetlə və bloq yazmaqla maraqlanan və məşğul olmaq istəyən gənclər, tələbələr, bloqçular iştirak edə bilərlər. Təlimə nəzəri məlumatlarla yanaşı praktik məşğələlər də daxildir.

Təlimin vaxtı:

17 dekabr,14:00-18:00

18-19 dekabr, 10.00-17:00

Təlimin hər üç günündə iştirak etmək vacibdir.

Yer: Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası (5 saylı orta məktəbin nəzdində)

Üç günlük təlim ərzində öyrənəcəksiniz:

* Bloq nədir? Nə üçün YAZmaq lazımdır?

* Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)

* Məşhurlaşdırmaq və YAYmaq (oxucuların cəlb olunması)

* Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)

* Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi )

* Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)

Təlimdə iştirak etmək istəyənlər online ərizə formasını 11 dekabr saat 23:00-a qədər doldurub göndərməlidirlər: http://url.az/bloqsumqayit

Suallarınızı yazyay@gmail.com ünvanına göndərə bilərlərsiniz və ya  nuracava@rambler.ru ünvnına yaza bilərsiniz.

Əlaqə telefonu : (055)884.71.31  Nərmin Hacıyeva

Qeyd etmək istərdik ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın