Menu
Geri İrəli

Sumqayıt şəhərində “Mərhəmətli olmağa tələsin!” xeyriyyə aksiyası davam edir…

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2012 • Baxış sayı: 255 dəfə • Şərh yoxdur
Share Button

Dekabr ayının 25-də “Azərikimya” İB Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin “Mərhəmətli olmağa tələsin!” devizi altında xeyriyyə aksiyasına Sumqayıt şəhər “Təfəkkür” litseyi da qoşulmuşdur. Tədbir “Təfəkkür” litseyinin dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı internat” məktəbində təşkil edilmişdir. Tədbirdə internat məktəbində təhsil alan 200 nəfər şagird iştirak edirdi. Bundan əlavə tədbirə Milli Məclisin deputatı Muxtar Babayevin köməkçisi  Fərid İslamov, “Azərikimya” İB məsul işçisinRəfael Salmanov, Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndələri, “Təfəkkür” litseyinin müəllim və şagird kollektivi, eləcədə bölmənin könüllüləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan “Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı internat” məktəbində direktoru Ayət Kərimova aksiyanın təşəbbüskarları olan “Azərikimya” İB və QAC Sumqayıt şəhər bölməsinə, həmçinin bu aksiya qoşulan “Təfəkkür” litseyinin kollektivinə dərin minnətdarlığını bildirmişdir. İl ərzində QAC Sumqayıt şəhər bölməsinin mütəmadi olaraq burda təhsil alan şagirdlərin görüşünə gəldiklərini məmnunluq hissi ilə qeyd etdi.  Sonra çıxış edən  “Təfəkkür” litseyinin direktoru Bəsirə Ağayeva gözəlləşən, yeniləşən Sumqayıt şəhərində həyata keçirilən uğurlu  işlərdən bəhs etmiş, rəhbərlik etdiyi məktəbin kollektivi də daim şəhərin ictimai həyatına, təhsil sisteminə yeni tövhələr, uğurlar vermək əzmində olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən QAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova tədbir iştirakçılarını qarşıdan gələn “Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il” münasibəti ilə təbrik etdi və “Təfəkkür” litseyinin başda məktəbin direktoru Bəsirə xanım Ağayeva olmaqla, onun müəllim və şagird kollektivinə öz minnətdarlığını bildirmiş, ötən ildən həyata keçirilən “Mərhəmətli olmağa tələsin!” aksiyanın daha çox ailələri sevindirmək arzusunda olduğunu qeyd etmişdir. Çıxış edən Milli Məclisin deputatı Muxtar Babayevin köməkçisi  Fərid İslamov  aksiyaya yeni qoşulan “Təfəkkür” litseyinə öz minnətdarlığını bildirmiş və aksiyanın davamlı olmağını arzulamışdır. Daha sonra “Təfəkkür” litseyinin və “Sağlamlıq imkanları məhdud uşaqların təhsil aldığı internat” məktəbi şagirdlərinin hazırladığı konsert proqramı ilə tədbirin bədii hissəsi başlanılmışdır. Şagirdlərin ifasında bir-birindən rəngarəng vətənpərvərlik mövzusunda mahnılar səsləndirilmiş, rəqs nömrələri və səhnəciklər göstərilmişdir.      Tədbirin sonunda “Təfəkkür” litseyinin kollektivi tərəfindən alınmış geyim əşyaları və məktəbli ləvazimatları 200 nəfər sağlamlıq imkanları məhdud şagirdlərə paylanılmışdır.

Tədbir yerli televizya vasitəsi ilə işıqlandırılmışdır.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın