Menu
Geri İrəli

Sumqayıt sakini bank müdirindən Prezidentə şikayət etdi-ƏRİZƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2014 • Baxış sayı: 1,166 dəfə • Şərh yoxdur

nikoilSumqayıt sakini İsayev Anar Bəzir oğlu Prezidentə, Baş Prokurora, Daxili İşlər Nazirinə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə şikayət edib və həmin şikayətin bir nüsxəsini redaksiyamıza göndərib.  O NİKOİL bank Sumqayıt filialının müdiri Ruslan Talıbovdan şikayətçidir.  Şikayət ərizəsini olduğu kimi dərc edirik:”

Möhtərəm Cənab Prezident!

  Yazıb sizə bildirirəm ki, 2013-cü ildə mən avtomobil almaq istədiyim üçün tanışım Əzizov Zaur Oktay oğlunun məsləhəti ilə onun dostuna məxsus və Sumqayıt şəhərində yerləşən avtosalona getdim. Orada Z. Əzizovun mənə göstərdiyi “Mercedes Bens” markalı, tranzit nömrə nişanlı avtomaşmı görüb bəyəndim. Maşının sahibi Talıbov Ruslan Arif oğlu adlı şəxs idi və o maşının Almaniya istehsalı olduğuna, sükanın sağdan sola keçirilmə olmadığına məni inandırdı. Biz maşının qiymətini 15.000 ABŞ dollarına razılaşdıq. Mənim həmin maşını almağa pulum çatmadığından maşın sahibi olan Ruslan NIKOIL Investisiya Kommersiya Bankınm Sumqayıt fılialının müdiri olduğunu bildirərək təklif etdi ki, mənim VAZ-2107 markalı Az 50 BC 365 dövlət qeydiyyat nişanlı avtomobilim ilkin ödəniş kimi onun müdir olduğu Banka qoyulsun. Həmin filialda mənim adıma 10000 ABŞ dolları dəyərində Kredit müqaviləsi bağlanaraq həmin miiqavilə əsasında 2 il müddətində hesablanmış pulu mən ödəyim, sonra maşını mənim mülkiyyətimə keçirəcək, müqavilədə göstərilən 10000 ABŞ dollarını mən ımza edəndən sonra Ruslan özü götürəcəkdir. Bu şərtlər məni qane etdiyinə görə onunla razılaşdım. Beləliklə, bizim aramızda kredit müqaviləsi bağlandı və həmin müqaviləni mən və Bank müdiri Talıbov Ruslan Arif oğlu imza etdi. Bundan sonra Bankdan götürdüyüm 10000 ABŞ dollarını mən Ruslana verdim və bunun müqabilində aramızda başqa heç bir yazışma olmadı. Mənim mülkiyyətimdə olan VAZ-2107 markalı avtomobili isə Ruslan salona satışa qoydu. Mən aldığım maşını isə Ruslan tez bir zamanda sürücüsü və qohumunun adına qeydiyyata aldırıb onuıı adından mənə maşını idarə etmək üçün etibarnamə vermişdir. Bundan sonra mən hər ay müqavilə şərtinə əsasən Banka pul ödəmişəm. 2014-cü ilin fevral ayında avtomobildə nasazlıqların meydana çıxması ilə maşının sükanının sağdan sola keçirilmə olduğu ortaya çıxdı və nəticədə Ruslanla aramızda narazılıq yarandı. Məni aldatdığına görə ona iradımı bildirəndə o, razılaşıb mənə dedi ki, “bu maşını satıb əvəzində sənə başqa maşın verərəm”. Mən də onun təklifinə əsasən maşını aparıb içərisindəki sənədlərimlə və bəzi əşyalarımla birlikdə elə Ruslan dediyi maşm salonuna qoydum, açarını da Ruslana verdim. Bundan bir müddət sonra mən maşını salonda görməyib Ruslana bildirəndə, o, dedi ki, maşını təmirə qoymuşdur. Lakin sonradan  bildim ki, Ruslan maşını başqa bir şəxsə sataraq mənim pulumu mənimsəmişdir. Mən dəfələrlə onıınla əlaqə saxlamaq istədikdə, o, məndən qaçaraq nə görüşmüş. nə də pulumu qaytarmışdır. Bu işdə o tək olmamış, dostu Əzizov Zaur Oktay oğlu da onunla əlbir hərəkət etmişdir. Bununla da NIKOIL Investisiya Kommersiya Bankınm Sumqayıt fılialının müdiri Talıbov Ruslan Arif oğlu və  Əzizov Zaur Oktay oğlu qabaqcadan əlbir olaraq mənə qarşı dələduzluq, mənimsəmə və ya israf etmə cinayətlərini törətmişdirlər.

  Möhtərəm Cənab Prezident!

  Xahiş edirəm, mənə qarşı yuxarıda sadaladığım cinayət əməllərini törətmiş Talıbov Ruslan Arif oğlu və Əzizov Zaur Oktay oğlu barəsində cinayət işi açılması və mənə dəymiş maddi və mənəvi zərərin ödənilməsinə köməklik göstərəsiniz.”

Redaksiyadan: Ərizədə göstərilən məqamlarla bağlı Yenilik.Az əməkdaşı NİKOİL Bankın Sumqayıt filialı ilə əlaqə saxlayıb. Filial müdirinin müavini Zahir Abbas şikayətdə göstərilən iddiaların tamamilə əsassız olduğunu bildirərək deyib ki, “İsayev Anar Bəzir oğlu və Əzizov Zaur Oktay oğlu ortaq biznes qurublar və bankdan istehlak krediti götürüblər. Sonradan onların arasında narazılıq yaranıb və İsayev Anar krediti ödəmədiyi üçün ona və zamini Əzizov Zaura bir neçə dəfə xəbərdarlıq məktubu göndərilib. Z. Əzizov həmin vaxtlarda polis əməkdaşı olduğu üçün onun  işlədiyi Sumqayıt şəhər Polis İdarəsinə də məktub göndərilib və hətta bu Zaurun işini itirməsi ilə nəticələnib. Xəbərdarlıqlardan sonra borclu İsayev Anara zamin durmuş şəriki Əzizov Zaur  bankın borcunu ödəmiş, Anardan  avtomobili götürmüş  və aparıb satmışdır.  Bu iki şərikin  öz aralarında olan mübahisəsidir və şikayətçi  öz şəriki ilə məsələni həll edə bilmədiyindən Bankı günahkar çıxarmağa çalışır. Bu işdə bizim heç bir günahımız yoxdur. Əgər hüquqlarının pozulduğunu güman edirsə vətəndaş məhkəməyə müraciət edə bilər.”

Facebook Şərhləndirmə:

Şərhinizi yazın