Menu
Geri İrəli

Sumqayıt sakini Gəncə aeroportunun gömrükçülərini həbs etdirmək istəyir

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2013 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur

Qalib Namazov rəis müavini Arzu Əlizadənin 150 min dollarlıq avtomobili necə aldığını da araşdırır

Sumqayıt şəhəri 30-cu məhəllə, ev 5/8 –in sakini Namazov Qalib Hidayət oğlunun AzPolitika.info-ya ünvanladığı şikayət məktubunda deyilir:
“Yazıb sizə bildirirəm ki, mən 11.03.2013 tarixdə saat 07:30 radələrində İstanbul-Gəncə reysi ilə Gəncə şəhərinin Beynəlxalq Hava Limanına gəldim. Gömrük postunu keçərkən oranın əmədaşları (N.Novruzov, E.Zeynalov, İ.Orucov, mayor Nəsimi) müvafiq dövlət qanunlarına zidd gedərək etik qaydalara uyğun olmayan davranışlarla, çox kobud qaydada məni saxladılar. Əşyalarımı yoxlayıb mənə məxsus olan şəxsi kitabxanam üçün aldığım kitabalarımı və digər qiymətli əşyalarımı müsadirə etdilər. Sonradan adını bildiyim Arzu adında gömrükçü özbaşınalıq edərək, vəzifə səlahiyətlərini kobud şəkildə aşaraq, bilə-bilə davranış qaydalarını pozaraq gömrük nəzarət otağında məni sərt şəkildə vurmaq istədi. Mən bu barədə cənab Prezidentə və ali orqanlara şikayət edəcəyimi bildirdim, bundan sonra o əlini aşağı salıb məni vurmaqdan daşındı. Gəncə Beynəlxalq Hava Limanı Gömrük postunun rəis müavini, gömrük xidməti polkovnik-leytenantı Əlizadə Arzu Hüseyn oğlu məni 8 saatdan çox gömrükdə həbs etdirmiş və sağlamlığıma zərər vurmuşdur.
A.Əlizadəyə sual verdim ki, 300-500 manat maaş alırsınız, bəs ən azı 150.000 dollar qiymətindəki avtomobili (90 BM 900) nə ilə almısınız? Arzu müəllim soyuqqanlı şəkildə “Mən heç kimə şəxsi gəlirlərim barədə hesabat verməyə məcbur deyiləm” dedi! Get-gedə əsəbləri gərginləşən A.Əlizadə təkrar nadanlıq edərək dövlət başçısının və digər ali orqanların tutduqları şərəfli və ləyaqətli vəzifələrini aşağılayan ifadələr işlətmişdir…
O cumlədəndə A. Əlizadə dəfələrlə aressiv şəkildə təyziqlər göstərərək özü diqtə edərək istəyinə uyğun şəkildə mənə izahat yazdırmaq istəmişdir. Amma mən izahatın son sətirində yazılı şəkildə öz etirazımı bildirmişəm.
Xahiş edirəm ki, yuxarıda göstərdiyim adı keçən bütün gömrük əməkdaşlarının hansı qanuna əsəsən şəxsi əmlakımı müsadirə etmələrini, özbaşınalıq edərək etik qaydalara uyğun olmayan davranışlarını, dövlət başçısının və digər ali orqanların (yuxarı instansiyaların) tutduqları şərəfli və ləyaqətli vəzifələrini aşağılayan ifadələr işlətməsini, məni gömrük otağında qeyri-qanuni 8 saatdan çox həbs etdirmələrini, diqtə edərək izahat yazdırmasını ve sağlamlığıma bilərək zərər vurmaqlarını araşdırıb onların məsuliyətə cəlb edilməsində yardım edəsiniz.
Gömrük ilə bağlı muraciətlərimdən 1 aya yaxın vaxt keçməsinə baxmayaraq, Dövlət Gömrük Komitəsindən mənə hələ də heç bir rəsmi cavab verilmir.
Əlavə olaraq xahiş edirəm ki, A.Əlizadənin dövlətin verdiyi maaş ilə düz gəlməyən minumum 156.500 dollar dəyərindəki avtomobili hansı yolla əldə etməsini qanun çərçivəsində ciddi şəkildə araşdırmaqda yardım edəsiniz.
11.04.2013”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın