Menu
Geri İrəli

Sumqayıt sakinlərindən dəhşət və infeksiya saçan şikayət məktubu

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Oktyabr 2013 • Baxış sayı: 213 dəfə • Şərh yoxdur
Share Button

cirkab

Sumqayıtın şəhərində yerləşən və təxminən 10 minə yaxın sakini olan Yaşıl Dərə ərazisinin sakinləri yaşadıqları yerin yollarının bərbad vəziyyəti və dəhşətli sanitariya durumu ilə bağlı redaksiyamıza məktub ünvanlayıblar. Məktub Birlik.az saytının baş redaktoru Vüsal Hətəmov tərəfindən mediaya təqdim olunub. Şikayət məktubunu olduğu kimi sizlərə təqdim edirik:

“Sumqayıtın ən böyük problemlərindən biri, bəlkə də birincisi təxminən 10 min sakini olan Yaşıl Dərə adlanan ərazidəki qeyri-bəşəri vəziyyətdir. Palçıq əlindən uşaqlar dərsə gedə bilmir. Bu isə o deməkdir ki, həmin ərazidə dərsə davamiyyət mənfidir. Yol olmadığı üçün marşrut avtobus gözləyənlər saatlarla gözləməli olurlar. Daha böyük dərd isə budur ki, bu ərazidə anti-sanitariya baş alıb gedir. Çirkab suyundan ibarət 5-10 metr enində bir “çay” qəsəbənin ortası ilə üstüaçıq şəkildə öz infeksion təhlükəsaçma xarakterinə uyğun olaraq axmaqdadır. Uşaqların əyləncə yeri olmadığından həmin çirkab “çay”ı onlar üçün ən “gözəl əyləncə vasitəsidir. Bu ərazidə hər fəslin özünə məxsus özəlliyi var. Yay aylarında infeksion ağcaqanadları ilə məşhur olan Yaşıl Dərə qış aylarında palçığı ilə insanlığa meydan oxuyur.

Qeyd edim ki, burada məskunlaşan əhalinin əksəriyyəti qaçqın və ya uzun illər Sumqayıtda haqsız olaraq mənzil problemi yaşamış insanlardır. Dərd əlindən Yaşıl Dərəyə üz tutan dərdlilər daha böyük dərdə düşüblər. 10 illər boyu bu ərazidə boğazlarından kəsib ev-həyət düzəldən sakinlər indi buradakı “məcburiyyət” bataqlığından qurtulma yollarını axtarır. Sumqayıtın İcra hakimi Eldar Əzizova üz tutan sakinlər çox “gözəl” cavabla qarşılaşmışdılar: “Ora mənim üçün 2-ci də yox, 3-cü dərəcəli məsələdir.”
Xəyal Şükür

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın