Menu
Geri İrəli

SUMQAYIT ŞOKDA! Üç dayısını diri-diri yandırdı – TƏFƏRRÜAT

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Fevral 2014 • Baxış sayı: 1,385 dəfə • 2 şərh

yanan-ev-ferdi

Bu gün Sumqayıt şəhərində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi məqamlar aydın olub. lent.az-ın əldə etdiyi məlumata görə, hadisə baş verərkən 23 yaşlı Əsgəralı Abbasov və dayıları sərxoş vəziyyətdə imiş.

Məlumata görə, Ə.Abbasov Xızı rayonunun Şurabad qəsəbəsindəndir. O, dayılarının yanında usta köməkçisi işləyib. Hadisə baş verərkən isə onlar sərxoş vəziyyətdə 23 yaşlı oğlanın valideynini, atasını ələ salıblar. Buna dözməyən gənc çölə çıxıb və qapını bağlayaraq evə benzin vurub. Hər üç şəxs tüstüdə boğularaq ölüb.

Sumqayıtda dəhşətli qətl törədilib.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə gecə saatlarında Corat bağlarında qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Füzuli oğlu Abbasov dayıları – 1971-ci il təvəllüdlü Dünyamalı Mirzəyev, 1965-ci il təvəllüdlü Yadigar Mirzəyev və 1960-cı il təvəllüdlü Ağamalı Mirzəyevin olduğu bağ evinə od vuraraq qapılarını bağlayıb.

Nəticədə onların üçü də tüstüdən boğularaq ölüblər.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

Facebook Şərhləndirmə:

“SUMQAYIT ŞOKDA! Üç dayısını diri-diri yandırdı – TƏFƏRRÜAT” yazısına 2 cavab

  1. Elsen deyir:

    Bu bizim qonsumuzdu Inanin hec inanmagim gelmezdi ki bele sakit adam bele hadise toreder DEHSET
     

  2. YARBALA deyir:

    mehle usaqimdi,yatar yuxumada gelmezdi ki, esker bele bir cinayet toreder,tesuf

Şərhinizi yazın