Menu
Geri İrəli

Sumqayıt son bir ildə: Zakir Fərəcovun şəhərə rəhbərlik etdiyi dövdə hansı işlər görüldü?

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Sentyabr 2016 • Baxış sayı: 7,576 dəfə • 3 şərh
Share Button

mansetÖtən ilin bu günü, Sentyabrın 2-də Prezident İlham Əliyev Sumqayıt Şəhər İcra Hakimiyyəti postunda dəyişiklik etdi: Abşeron Rayonuna rəhbərlik edən Zakir Fərəcov öz doğma şəhərinə icra başçısı təyin edildi. Məhz “doğma şəhər” amili Zakir Fərəcovdan gözləntiləri artırırdı. Sadə sumqayıtlılar təxminən belə deyirdilər: “Sumqayıtlıdır, şəhəri yaxşı tanıyır, problemləri bilir, yəqin ki, şəhərimiz üçün yaxşı olar”. Bəli, ötən bir il göstərdi ki, şəhərimiz üçün uğurlu olub, şəhər sanki öz həyatının yeni erasını yaşayır .

Əmək fəaliyyətinə 45 il öncə, 1971-ci ildə Sumqayıt şəhərində Superfosfat zavodda fəhlə kimi başlayan Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması şəhər sakinlərinin əksəriyyəti tərəfindən müsbət qarşılandı. Fərəcovun təyinatının şəhər sakinləri tərəfindən müsbət qarşılanması onun bu şəhərin yetirməsi olması, müxtəlif illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik, şöbə rəisi, baş direktorun müavini, baş direktor, sonradan Sumqayıt şəhər bələdiyyəsinin sədri kimi şəhərdəki fəaliyyəti ilə yanaşı 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətindəki nümunəvi fəaliyyəti də az rol oynamamışdı. Yeri gəlmişkən, Zakir Fərəcov dövlət başçısının 26 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Görünür, onun son 10 il ərzindəki fəaliyyəti prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildiyindən o, prezidentin inkişafına xüsusi əhəmiyyət verdiyi şəhərə rəhbər təyin edildi.

 “sumqayitxeber.com” olaraq  yazıda ötən bir il ərzində şəhərdə hansı işlərin görüldüyünü, hansı problemlərin həll edildiyini qısa xülasələri ilə nəzərdən keçirməyə çalışacağıq.

giris yol

sulh kucesi67 il öncə salınan Sumqayıt şəhəri daxili yollarının genişliyi ilə seçilsə də sözsüz ki, şəhərin giriş yolları bu qədər avtomobil üçün hesablanmamışdı. Xüsusilə də səhər və axşam vaxtlarında şəhərə giriş və çıxış edən avtomobillərin çoxluğu illər öncə salınmış yolda müəyyən problemlər yaratmış olurdu.

İkitərəfli hərəkət üçün nəzərdə tutulmuş şəhərin əsas giriş yolunda arakəsmənin olmaması nəticəsində qarşı tərəfin hərəkət zolağına çıxan sürücülər tez-tez qəzalara səbəb olurdu. Yolun ensiz olması xüsusilə də səhər və axşam vaxtlarında tıxaclara səbəb olur, şəhər sakinlərinin narahatlığı ilə nəticələnirdi. Piyadalar üçün hərəkət zolağının olmaması isə şəhər sakinlərini təhlükə ilə üz-üzə qoyurdu. Bunun nəticəsində şəhərin giriş yolunda tez-tez qəza halları, piyadaların ölümü ilə nəticələnən qəzaların şahidi olurduq.
Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk verdiyi göstərişlərdən biri vətəndaşların və nəqliyyat vasitələrinin rahat, maneəsiz, təhlükəsiz şəkildə hərəkətini təmin etmək, nəqliyyat sıxlığının aradan qaldırılması üçün şəhərin əsas giriş yolunun genişləndirilməsi ilə bağlı oldu.
Hazırda şəhərin girişində avtomobil yolunun hər iki istiqamətdə 5 metr genişləndirilməsi həyata keçirilir. Şəhər haqqında qonaqlarda ilk təəssürat formalaşdıran bu yol altı zolaqlı olacaq. Avtomobillərin təhlükəsiz hərəkəti təmin ediləcək.
Yolun genişləndirilməsi ilə paralel olaraq Sülh küçəsinin abadlaşdırılması ilə bağlı verilmiş tapşırıq hazırda uğurla həyata keçirilir. Yolun sağ və sol istiqamətində parkın salınması, istinad divarlarının tikilməsi, modern işıq dirəklərinin quraşdırılması və eləcə də yaşıllaşdırma işləri görülür.
Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətindən nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.
Sülh küçəsində mövcud asfalt örtüyü 48 min kvadratmetr olduğu halda, genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində həmin örtük 67200 kvadratmetr olacaq. Layihəyə əsasən bu küçədə 6840 kvadratmetrlik səki salınacaq. Yolda yağış sularının qəbuledici xətlərinin, su-kanalizasiya, həmçinin kommunikasiya xətlərinin çəkilməsi də həyata keçirilir.

sahil kucesi

novxani3Novxanı-Sumqayıt istiqamətində avtomobil yolunun ətrafında qanunsuz hasarlamaların aparılması, eləcə də illərdən bəri şəhərin əsas giriş yollarından biri olan Novxanı-Sumqayıt dənizkənarı yolunun baxımsız olması burada əsaslı işlərin görülməsi zərurətini yaratmışdı. Ötən bir il ərzində həyata keçirilən önəmli layihələrdən biri də Sumqayıtın üçüncü girişi hesab olunan Sahil küçəsinin yenidən qurulması ilə bağlı oldu. Belə ki, son bir il ərzində 7,5 kilometr uzunluğu olan Sahil küçəsinin genişləndirilməsi və abadlaşdırılması prosesinə başlanıldı və bu istiqamətdə görülən işlər hazırda uğurla davam etdirilir. Yol boyu qanunsuz çəkilmiş hasarlar sökülərək genişləndirilmə işlərinə başlanıldı. Yolun qədim yaşayış məskənlərindən sayılan Corat qəsəbəsindən keçən hissəsində sakinlərin istirahəti üçün də şərait yaradıldı. Yolun kənarlarında parklar salındı, yaşıllaşdırma işləri görüldü və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

bulvar22

pulvarSumqayıt bulvarı və dənizkənarı parkı həm ərazisinə, həm də landşaftına görə ölkəmizdə mövcud olan əksər parklardan seçilir. Bu parkın ərazicə çox böyük olması ilə yanaşı, çimərliyə birbaşa çıxışının olması onu Bakı bulvarından fərqləndirir. Bir çox üstünlükləri olan dəniz kənarında müasir bulvarın salınması ehtiyacı duyulurdu.
Prezident İlham Əliyev 5 il öncə, 07 iyul 2011-ci ildə Sumqayıt şəhərində səfərdə olarkən burada müasir bulvar kompleksinin mütləq yaradılmalı olduğunu vurğulamışdı: “Sumqayıtda bulvarın tikintisi təşəbbüsünü də mən bir müddət əvvəl irəli sürmüşəm. Mən hesab edirəm ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bu bulvar Bakı bulvarının standartlarına uyğun olmalıdır. Sumqayıtın da bu dənizkənarı sahəsindən biz gərək səmərəli şəkildə istifadə edək. Sumqayıtda gözəl bulvar tikilməlidir, çimərliklər yaradılmalıdır. Beləliklə, bu şəhərdə insanların istirahəti üçün çox gözəl guşə yaradılacaqdır.”
Ölkə başçısının bu istəyi Sumqayıt şəhərinə yeni başçı təyin olunan Zakir Fərəcov tərəfindən əsas hədəf kimi qarşıya qoyuldu. Qısa müddət ərzində bulvarın baş planı və eskiz layihəsi hazırlandı və işlərə başlanıldı. Hazırda Sumqayıt bulvarında genişmiqyaslı tikinti və yaşıllaşdırma tədbirləri paralel olaraq aparılır.
Qısa müddət ərzində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə bulvarın inşasına başlanıldı. Hazırda bulvarda 4,2 kilometr uzunluğunda istinad divarı çəkilib və bulvarın 1000 metrlik hissəsində işlər tamamlanmaq üzrədir.
Gənclər şəhəri üçün böyük əhəmiyyət daşıyan bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni üç metr olan xüsusi hərəkət zolağı salınır.
Bununla yanaşı, bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və uşaqlar üçün əyləncə mərkəzləri, müasir tipli otellər, kinoklub, idman infrastrukturu və çoxmərtəbəli yaşayış binaları inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək. Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq.
Göründüyü kimi, bir çoxları üçün xəyal kimi görünən dənizkənarı bulvarın bir hissəsində artıq insanlar istirahət edir. Sumqayıtda dənizkənarı yeni bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişəcək.

yasillasdirma2

yasiliqSon bir il ərzində Sumqayıt şəhərində ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına hesablanmış mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı. Qısa müddət ərzində aparılan genişmiqyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri sayəsində Sumqayıt ən abad və yaşıllıqlarla zəngin şəhərə çevrildiyini müşahidə etmək mümkündür.
Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq şəhərin giriş hissəsindən başlayaraq, küçə, park və xiyaanlarında son bir neçə ayda bir milyon beş yüz mindən artıq mövsümü gül, 100 min qızılgül, 70 mindən yuxarı həmişəyaşıl ağac əkildi. Bununla yanaşı, şəhərin park və küçələrində əkilən nadir və dekorativ bitki kolları şəhərə xüsusi gözəlik verir.
Şəhərin küçə və prospektləri boyunca yolun kənarlarına, eləcə də park və xiyabanlara qazon örtüyünün salınmasına başlanıldı.
Sözsüz ki, yeni salınmış yaşıllıq sahələrinə su xətlərinin çəkilməsinə, suvarma sistemlərinin quraşdırılmasına ehtiyac duyulurdu. Bu müddət ərzində mövcud yaşıllıqların suvarılmasına xüsusi diqqət yetirildi və yaşıllıq zolaqlarının suvarılması mütəmadi olaraq həyata keçirilməyə başlanıldı.
Qeyd edək ki, hazırda Sumqayıt şəhərində adambaşına düşən yaşıllıq sahəsi 26,5 kvadrat metr təşkil edir ki, bu da respublika şəhərlərinin orta göstəricisindən yüksəkdir. Lakin buna baxmayaraq, şəhər rəhbərliyinin tapşırığına əsasən göstəricinin daha da artırılması nəzərdə tutulub.

teatr

teatryeniƏsası 1968-ci ildə qoyulmuş Sumqayıt Dövlət Dram Teatrı yarandığı vaxtdan etibarən incəsənət tariximizə bir çox qiymətli səhnə əsərləri bəxş edib.

Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmış Sumqayıt Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu.
Son bir il ərzində Sumqayıtda həyata keçirilən önəmli işlərdən biri də məhz 60 il öncə tikilmiş Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmiri ilə bağlı verilmiş qərar oldu. Hazırda teatrda təmir və yenidən qurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. 500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulur. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəz lənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılır.
Şübhəsiz ki, bütün bu işlər Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının atrmasına səbəb olacaq. Bütün bu görülən işlər teatrın kollektivini çox sevindirir. Aktyorlar bildirirlər ki, müasir bina teatr sənətinin yenidən dirçəlməsinə şərait yaradacaq.
Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla, üzlük daşlarla üzlənir. Teatr binası istər daxilən, istərsə də xaricən özünəməxsus memarlıq üslubu ilə fərqlənir.
Sumqayıt Teatrının binası istifadəyə verildikdən sonra sözsüz ki, şəhərin mədəni həyatı daha da canlanacaq.

lift problem2

liftSumqayıtda illərlə həllini gözləyən problemlərdən biri də istismar müddətini başa vurmuş liftlərlə bağlı idi. Son bir il ərzində Sumqayıt şəhərində çoxmənzilli binaların sakinlərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə başlanıldı, o cümlədən lift təsərrüfatının yenidən qurulması sahəsində mühüm işlər görüldü.

Prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan maliyə vəsaitinin ayrılması ilə bağlı sərəncam imzadı.
Qısa müddət ərzində şəhərin mənzil fonduna daxil olan çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazası yeniləndi, uzun müddət yararsız və nasaz vəziyyətdə olan liftlər yeni və müasirləri ilə əvəzləndi. Şəhərin 6, 9, 10, 13 və 18-ci mikrorayonlarında 140 lift dəyişdirildi, hazırda 18, 13, 17, 6, 10-cu mikrorayonlarda 60 ədəd yeni və müasir liftin quraşdırılması işləri həyata keçirilir.

kadrlar

Zakir Fərəcov Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı təyin olunarkən şəhərdə illərdən bəri yığılıb qalan sosial-iqtisadi problemlər mövcud idi. Zakir Fərəcov Sumqayıta “yad adam” sayılmır. Əmək fəaliyyətinə Sumqayıtda başlayan Zakir Fərəcov uzun müddət bu şəhərdə rəhbər vəzifələrdə çalışan şəxs kimi şəhəri kifayət qədər yaxşı tanıyır və şəhərin problemlərinə yaxından bələddir.
İstər Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində, istərsə də Sumqayıt bələdiyyəsinin sədri işləyərkən ciddi fəaliyyəti ilə seçilən Zakir Fərəcov şəhərə rəhbər təyin edilərkən qarşısında böyük hədəflər var idi. Şəhərin illərdən bəri yığılıb qalan problemlərini tənbəl və bacarıqsız, şəhərə bələd olmayan şəxslərlə bir komandada həll etmək mümkün deyildi. Bunu çox gözəl bilən Zakir Fərəcov qısa müddət ərzində şəhər təsərrüfatına, şəhərə bələd olan, səriştəli və bacarıqlı kadrları öz komandasına cəlb etdi.
Hazırda ölkə rəhbərinin müəyyənləşdirdiyi daxili siyasəti uğurla icra edən Zakir Fərəcov ötən dövr ərzində şəhər təsərrüfatını canlandırmağa hesablanmış kadr islahatı ilə də yadda qaldı. Bir çox idarə və müəssisələrin rəhbərliklərində dəyişiklik baş verdi. Sumqayıt şəhər İcra Hakimiyyətində də kadr islahatları aparıldı. Komandanın tərkibi peşəkar və təcrübəli kadrlarla möhkəmləndirildi.

fasadlar

bina gorkemiSon bir il ərzində Sumqayıt şəhərində diqqəti cəlb edən dəyişikliklərindən biri də yaşayış binalarının təmiri və yenidən qurulması ilə bağlıdır. Şəhərin ümumi mənzərəsinə xələl gətirən binaların görkəminin dəyişdirilməsi ilə bağlı görülən işlər nəticəsində əsas küçə prospektlər tamamilə yeni və gözəl görünüş aldı.

Qısa müddət ərzində ötən əsrin ortalarında tikilib istifadəyə verilən Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtükləri əsaslı şəkildə təmir olundu. Binalar yüksək keyfiyyətli aqlay üzlüklərlə və şəhərin ümumi memarlıq üslubu gözlənilməklə üzləndi. Keçən əsrin ortalarında tikilən evlərin fasadında olan naxış və ornamentlər yenidən aqlay daşı üzərində oyularaq bərpa edildi ki, bunu da şəhərin memarlıq üslubunun bərpası və qorunması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirmək olar.
Bununla yanaşı şəhərin 5 və 9 mərtəbəli binaların üz fasadlarının yenidən rənglənməsi işlərinə başlanıldı. Hazırda 60-dan çox binanın fasad hissəsində təmir işləri aparılaraq müasir üslubda rənglənmə işləri həyata keçirilir.

dam ortuyu2

dam ortuyu11Dam örtüklərinin yararsız vəziyyətdə olması yağışlı havalarda xüsusilə binaların sonuncu mərtəbələrində yaşayan şəhər sakinlərinin ciddi narahatçılığına səbəb olurdu. Hər il eyni problemlə qarşılaşan şəhər sakinləri və Mənzil-Komunal İstismarı Sahələri vəziyyətdən çıxış yolu kimi müxtəlif vasitələrdən istifadə etmək məcburiyyətində qalırdı.

Dam örtüklərinin tol və qırdan istifadə edilərək üzlənməsi isti havalarda qırın əriməsi ilə nəticələnir, qış aylarında isə mənzillərin islanmasına səbəb olurdu. Bu isə sakinləri hər il dam örtüyünü yenidən təmir etmək məcburiyyətində qoyurdu. Belə olduqda isə həm sakinlər, həm də şəhər büdcəsi əlavə xərclərlə yüklənirdi.
Sözsüz ki, binaların daha dözümlü və uzunmüddətli davamlılığa hesablanmış keyfiyyətli dam örtükləri ilə üzlənməsinin iqtisadi baxımdan da səmərəliliyi xüsusi vurğulanmalıdır. Bir çox hallarda isə şəhər sakinləri dam örtüklərinin üzlənməsində inkişaf etmiş ölkələrdə çoxdan qadağan olunmuş asbest şiferlərindən istifadə etmək məcburiyyətində qalırdı.
Prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıtda çoxmənzilli binalarda zəruri təmir işlərinin davam etdirilməsi məqsədi ilə dam örtüklərinin dəyişdirilməsi üçün maliyyə ayrıldı.
Qısa müddət ərzində yararsız vəziyyətdə olan 250 binanın dam örtüyünün dəyişdirilməsinə başlanıldı. Hazırda daha 100 binada damörtüyünün dəyişdirilməsi işləri davam etdirilir. Beləliklə, Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi məqsədi ilə Prezidentint İlham Əliyevin imzaladığı sərəncam şəhər sakinlərinin yağışlı havada qarşılaşdığı problemləri aradan qaldırmaqla yanaşı, ayrı-ayrı şəxslər tərəfindən binaların dam örtüyünə vurulmuş asbest şiferlərin yaratdığı təhlükədən də şəhər sakinlərini xilas etmiş oldu.

merkez

heyder eliyev merkeziÖtən bir il ərzində Sumqayıt şəhərində atılan önəmli addımlardan biri də müasir üslubda Heydər Əliyev Mərkəzinin tikintisi ilə bağlı oldu. Ümummilli Liderin adını daşıyan parkda tikilən mərkəzin binası 4 mərtəbədən ibarətdir. Milli və müasir memarlıq ənənələrini əks etdirən möhtəşəm mərkəz artıq indidən əzəməti ilə diqqət çəkir. Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılacaq. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək. Tikintisi yekunlaşmaq üzrə olan Mərkəz həm özünün unikallığı, həm də böyüklüyü ilə seçiləcək, şəhərə xüsusi yaraşıq verəcək.

musiqi2

musiqimektebi2Ötən bir il Sumqayıtın mədəni həyatını canlandıracaq infrastruktur layihələri ilə də yadda qaldı. Şəhərin “Şərq bazarı” yaxınlığında uzun illərdən bəri yarımçıq qalmış tikili sökülərək həmin ərazidə yeni, müasir musiqi məktəbinin tikintisinə başlanıldı. Artıq musiqi məktəbində tikinti işləri yekunlaşıb və yaxın zamanlarda incəsənət ocağı istedadlı yeniyetmə və gənclərinin ixtiyarına veriləcək. Burada tədris və məşq otaqları, kitabxana və akt zalı fəaliyyət göstərək. Üçmərtəbəli binada müəllimlər otağı, ayrıca inzibati otaqlar da yerləşəcək.

shahmat3

shahmatmektebi2Ötən dövr ərszində tikintisinə başlanılan mərkəzlərdən biri də Şahmat Məktəbi oldu. Müasir üslubda tikilən ikimərtəbəli binada yarış zalı, sinif otaqları, kompüter və elektron kitabxana otağı, oyunların canlı izlənməsi zalı və digər otaqlar yaradılacaq.
Qeyd edək ki, Sumqayıt şəhərində yaşayan Məmmədyarovlar ailəsi Azərbaycanda yeganə şahmat ailəsidir ki, üç Beynəlxalq qrossmeysterdən ibarətdir: Şəhriyar Məmmədyarov, böyük bacısı-Zeynəb Məmmədyarova və kiçik bacısı-Türkan Məmmədyarova. Fərdi dünya və Avropa birinciliklərindən Azərbaycanın xəzinəsinə bu ailə tərəfindən 12 medal gətirilib. Bunlardan 7-si qızıl, 3-ü gümüş və 2-si bürünc medallardır.
Bu baxımdan müasir üslubda yeni Şahmat Məktəbinin tikintisi şəhərimizdə idmanın bu növünə olan marağı daha da artırmış olacaq.

nizami kinoteatr

Sumqayıt şəhərində həllini gözləyən problemlərdən biri də piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilərdə, yaşayış binalarının qarşısında, əhalinin istirahəti üçün nəzərdə tutulmuş park və xiyabanlarda, bir çox hallarda sakinlərin həyatına təhlükə yarada biləcək şəkildə obyektlərin tikintisi ilə bağlı idi. Şəhərin estetikasına xələl gətirən, tikinti qaydalarına uyğun olmayan obyektlərdən bir neçəsi də Nəriman Nərimanov küçəsində “Nizami” kinoteatrının qarşısında mövcud idi.

Ötən bir il ərzində şəhərdə həyata keçirilən abadlıq-qurucluq işlərinin tərkib hissəsi kimi “Nizami” kinoteatrının qarşısında təmizlik işləri aparılaraq şəhər sakinlərinin rahat şəkildə istirahət edə biləcəyi bir park salındı. Beləliklə, kinoteatrın qarşısı əvvəlki görkəminə qaytarıldı, ərazidə ağaclar əkildi, oturacaqlar quraşdırıldı. Bir sözlə, şəhər sakinlərinin istirahəti üçün şərait yaradıldı.

yolar

Sumqayıt şəhərində uzun illərdən bəri həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların asfalt örtüyünün yenilənməsi idi. Ötən bir il ərzində ilk reaksiya verilən problemlərdən biri də məhz məhəllədaxili yolların təmiri ilə bağlı oldu.

Sumqayıt Şəhər İcra Hakimiyyətində hazrılanan xüsusi proqram çərçivəsində mikrorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olunur.
Ötən dövr ərzində Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq 1, 3, 6, 9, 13, 17 və 18-ci mikrorayonlarda, 19, 21, 45, 47, 48-ci məhəllələrdə daxili yolların yenilənməsinə başlanıldı. Bağlar massivinə gedən 17 və 18 nömrəli marşrutların yolları əsaslı təmir olundu, yeni asfalt örtüyü salındı.
Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir. Şəhərin 6, 9 və 13-cü mikrorayonlarında uzun müddət yararsız vəziyyətdə olan yolları hazırda asfalt örtüyü salınır. Bu işlər digər məhəllə və mikrorayonlarda da davam etdiriləcək.

korpeler2

usaqlar zakir ferecovSumqayıt şəhərində illərdən bəri həllini gözləyən məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti idi. Şəhərdə mövcud baxçaların dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına ehtiyac duyulurdu. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyətə başladığı ilk gündən şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qısa müddətdə təmir olunması göstərişini verdi. Şəhərdə mövcud baxçaların əksəriyyəti, 56 uşaq bağçasından 48-i qısa müddət ərzində əsaslı təmir edildi, dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. Sözsüz ki, bütün bunları burada çalışan kollektivin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, sağlam böyümələrinə xidmət kimi qiymətləndirmək olar.

mesqulluq2

Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə yerlərdə yeni iş yerlərinin, istehsal sahələrinin ixracyönümlü istehsalın yaradılması yerli İcra hakimiyyətlərinin qarşısına bir vəzifə olaraq qoyulmuşdur. Ölkə rəhbərinin Sumqayıta göstərdiyi diqqət və qayğının nəticəsində son vaxtlar aparılan abadlıq və quruculuq işlərinin miqyasının genişləndirilməsi şəhərə olan marağı daha da artırdı. İş adamları tərəfindən böyük layihələrin həyata keçirilməsi üçün təkliflər irəli sürülür ki, bu layihələrin həyata keçirilməsi şəhər əhalisinin işlə təmin olunmasında böyük köməyi olacaq.
Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Məşğulluq Mərkəzi əhalinin işlə təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsinə başladı.

saqlamliq

Sumqayıt şəhər əhalisinə göstərilən tibbi xidmət işinin bütün sahələr üzrə yaxşılaşdırılması, xəstəliklərin profilaktikası, əhaliyə, ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması diqqət mərkəzində oldu. Tibbi müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, şöbə və struktur bölmələrin təchizatının yaxşılaşdırılması, inzibati binaların və həyətyanı sahələrdə abadlaşdırma işlərinin aparılması sahəsində tədbirlər görüldü və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Xüsusilə qeyd etmək lazımdır ki, ötən bir il ərzində onkoloji xəstəxana, 1 №-li polinklinka və 1 №-li Doğum evində təmir işlərinə başlanıldı.

menzil1

Ötən dövr ərzində həlinə başlanılan problemlərdən biri də çoxmənzilli binaların zirzəmilərinin əsaslı təmiri və çirkab sulardan təmizlənməsi ilə bağlı idi.

200 binanın zirzəmisi, 20-dən çox qəzalı vəziyyətdə olan binada aşağı kommunikasiya xətlərinin təmirinə, təmir-bərpa işlərinə ehtiyac yaranmışdı. Ötən bir il ərszində Sumqayıt şəhərində çoxmənzilli binaların zirzəmilərində aşağı kommunikasiya xətlərinin təmirinə, zirzəmilərin qurudulmasına və dezinfeksiya işlərinə başlanıldı. Hazırda bu istiqamətdə aparılan işlər yekunlaşmaq üzrədir.

velosibet

velosibetSumqayıt gənclərinin, xüsusilə də velosibet həvəskarlarının çoxdan gözlədiyi qərar nəhayət ki verildi. Sumqayıt şəhərində, Novxanı-Sumqayıt yolunda velosipedçilərin hərəkəti üçün 8

Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Novxanı-Sumqayıt yolu 8 kilometr məsafədə təmirinə başlanıldı. Sahil küçəsinə asfalt örtüyü döşənərək velosipedçilərin təhlükəsiz hərəkət etmələri üçün yolun sağ kənarında velosiped zolağı ayrıldı. Gələcəkdə şəhərin mərkəzi yollarında da velosiped zolaqlarının ayrılması nəzərdə tutulur.

Ötən aylarda olduğu kimi Zakir Fərəcovun şəhər rəhbəri kimi bir illik fəaliyyəti ilə bağlı da Sumqayıt şəhər sakinləri arasında keçirilən sorğular, sosal şəbəkələrdə aparılan müzakirələr göstərir ki, son bir il ərzində ölkə başçısının Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına dair verdiyi sərəncamlar, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi altında şəhərdə həyata keçirilən layihələr şəhər ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

 Ötən bir il ərzində həyata keçirilən layihələr, görülən işlər növbəti illərdə də bu işlərin davam etdiriləcəyinə, gələcəkdə sumqayıtlıların gözləntilərinə uyğun olaraq daha böyük layihələrin həyata keçirilməsinə əminlik yaradır.

7 il öncə fəaliyyətə başlayan şəhərimizin ilk xəbər portalı olaraq  ”sumqayitxeber.com”  kollektivi şəhər rəhbərinə möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzulayır. İnanırıq ki, Sumqayıt şəhərinin inkişafı naminə həyata keçirilən bütün layihələr gələcəkdə də uğurla davam etdiriləcək. 

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıt son bir ildə: Zakir Fərəcovun şəhərə rəhbərlik etdiyi dövdə hansı işlər görüldü?” yazısına 3 cavab

  1. Sefaqet Hesenova deyir:

    Zakir mūellimin son bir ilde seherimizde gördūyū isler heqiqeten teqdire layiqdir. Bunun ūcūn cox sag olsun deyirik. Ancaq xahis ederdim ki Saray qesebedinden Sumqayita isleyen Nazim -market marsrut yolunun temiri ile de mūeyyen isler görūlsūn. Bu marsrutla her gūn Saraydan Sumqayita nece nece m7ellim ,hekim ,tibb iscileri sagirdler gelib gedir. Cox eziyyet cekirik. Yollarimiz betbad bir veziyyetdedi. En azindan Saray qesebesi Sumqayitla Bakinin ortasinda yerlesir.

  2. Ayan Əliyeva deyir:

    Zakir müəllim salam.Şəhərimizdə son zamanlar gördüyünüz işlər biz Sumqayıtlıları cox sevindirir,həm də ruhlandırır.Bunun ücün sizə cox təşəkkür edirik.Allah sizi qorusun.Amma Sumqayıt sakini kimi sizdən bir xaiş im var.Sumqayıtlı kimi siz özünüz də bilirsiniz ki,Sumqayıt Sənaye şəhəridir.Sovetlərdən qalma , hazırda dayanmış zavod fabriklərimiz var.Boru yayma zavodu,Superfosfat zavodu,Kimya zavodları.O zavodlar fəaliyyətə başlasa şəhərimizin 90% sakini işlə təmin olunar.Həm şəhərin sənayesi inkişaf edər,həm işsizlik aradan qalxar.Bu böyük problemi həll etsəz,deyərəm ki,böyük insan,böyük təşkilatcısız.Gün gündən artan adınız ,nüfuzunuz daha da artar.Bir daha təşşəkür edirəm,hörmətlə Sumqayıt sakini.

  3. Süleyman Hüseynov deyir:

    Mübaliğəsiz deyə bilərəm ki,Zakir müəllim sumqayıtlıların çoxdankı arzusunu həyata keçirtdi.Mən 51 ildir ki,bu şəhərdə yaşayıram.Çox rəhbərlər görmüşəm,çoxu ilə birgə işləmişik.Lakin Zakir müəllim qədər şəhər üçün bu qədər iş görən olmayıb.O,sağlığında öz heykəlini qoydu.İmkanım olsaydı,sonralar şəhərin mərkəzində onun heykəlini ucaldardım….Var olsun!Yeni uğurlar arzu edirəm!

Şərhinizi yazın