Menu
Geri İrəli

Sumqayıt təşkilatı “Fərdi Sahibkarlıq Akademiyası” adlı layihə həyata keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2013 • Baxış sayı: 248 dəfə • Şərh yoxdur

“Avropa Tələbələr Forumu-Sumqayıt” (AEGEE-Sumqayıt) İctimai Birliyi 19-25 oktyabr tarixində gənclər üçün “Fərdi Sahibkarlıq Akademiyası” adlı layihə həyata keçirib.

Birliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, layihənin əsas məqsədi biznes ideyası olan gəncləri bir araya yığmaqla onları stimullaşdırmaq və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına töhfə verməkdən ibarətdir.

Sahibkarlıq Akademiyası çərçivəsində iştirakçılara biznes idarəçiliyi haqqında təlimlər keçilib, layihənin hər günündə iştirakçılar öz biznesini qurmuş iş adamlarının uğur hekayələri ilə tanış olub və biznesin sirrləri haqqında dərin biliklər əldə ediblər.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin ekspert qismində “Əli və Nino” kitab evinin qurucusu Nigar Köçərli, “On3 Şirkətlər Qrupu”nun yaradıcısı, “Hollandiyanın İnstitutional Business Development Azerbaijan” şirkətinin həmtəsisçisi Aydın Əhmədzadə, KSM Azərbaycan şirkətinin rəhbəri Rəşad Camal, VİPcon şirkətinin rəhbəri Ramiz Məmmədli, “Sehirli Dayə Uşaq baxçası”nın qurucusu Rasif Dünyamalıyev və “Horeca MMC”-nin rəhbəri Rəşxan Qaraşlı iştirak edərək biznes təcrübələrini gənclərlə paylaşıb.

Qeyd edək ki, AEGEE (Association des Etats Generaux des Etudiants de lEurope), yəni Avropa Tələbələri Forumu Avropada ən böyük tələbə assosiasiyasıdır. Təşkilat Avropanın 43 ölkəsinin 243 şəhərindən olan 20.000-dək müxtəlif füsunkar mədəniyyətlərə malik tələbəni özündə birləşdirir. “Avropa Tələbələr Forumu-Sumqayıt” (AEGEE-Sumqayıt) İctimai Birliyi həmin Assosiasiyasının Sumqayıt şəhərində nümayəndəliyidir və 23 aprel 2009-cu ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Birliyin əsas məqsədi Azərbaycan və Avropa gəncləri arasında elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına kömək etməkdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın