Menu
Geri İrəli

Sumqayıt teatrı Aşqabadda keçiriləcək festivalda “Ziyarətçi” komediyasını təqdim edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2012 • Baxış sayı: 196 dəfə • Şərh yoxdur

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi 2012-ci ilin aprel ayında Türkmənistan Respublikasının Aşqabad şəhərində keçiriləcək “Tərəqqi dövrü və teatr sənəti” Beynəlxalq Teatr festivalında iştirak etmək üçün ciddi hazırlıq görür.

Teatrın aktyor truppası bu festivalda türk yazıçısı Tüncer Cücenoğlunun “Ziyarətçi” komediyası ilə çıxış edəcək.

Gənc rejissor Könül Şahbazovanın quruluş verdiyi bu tamaşada Xalq artisti Svetlana Həkimova, aktyorlardan Sədaqət Nuriyeva, Oqtay Mehdiyev və Yalçın Səlimov iştirak edirlər. Ş.Nəzərli

Facebook Şərhləndirmə:

Şərhinizi yazın