Menu
Geri İrəli

Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Noyabr 2016 • Baxış sayı: 1,436 dəfə • 2 şərh

Noyabrın 22-si Sumqayıtın şəhər statusu almasının 67–ci ildönümüdür.  Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı da məhz bu günə təsadüf edib. Bu münasibətlə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıtda olub.

AZƏRTAC xəbər verir ki, nazir Əbülfəs Qarayev və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Sonra Heydər Əliyev Mərkəzi, incəsənət məktəbi və yeni yaradılan bulvar kompleksi ilə tanışlıq olub.

Sumqayıt Dövlət Dram Teatrında 48-ci mövsümün açılışı 60 ildən bəri ilk dəfə əsaslı təmir olunan və yenidən qurulan binada keçirilib. Əvvəlcə teatr binasının müasir avadanlıqlarla təchiz olunmuş konfrans zalına, iş, qrim və məşq otaqlarına baxış olub.

Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov yeni teatr mövsümünün açılışının şəhərin 67-ci ildönümü ilə üst-üstə düşməsini xoş bir təsadüf adlandırıb. Z.Fərəcov ümummilli lider Heydər Əliyevin hər zaman Sumqayıta önəm verdiyini, incəsənətə xüsusi qayğı göstərdiyini söyləyib. Bildirilib ki, bu gün Prezident İlham Əliyevin tövsiyə və göstərişləri, xüsusi qayğısı ilə Sumqayıt inkişaf edir, öz tarixinə yeni şanlı səhifələr yazır.

Z.Fərəcov respublikada mədəniyyət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildiyini, əsaslı təmir olunan binada fəaliyyətə başlayan Sumqayıt Dövlət Dram Teatrının tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtın mənalı təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrsevənlərı təbrik edərək, Sumqayıt teatrının keçdiyi inkişaf yolundan danışıb, bu sənət ocağının tamaşaçıların maariflənməsindəki xidmətlərindən söhbət açıb. “Uzun və şərəfli bir yol keçmiş Azərbaycan teatrı son illərdə yeni inkişaf mərhələsinə qədəm qoyub”, – deyən nazir bu gün aparıcı teatrlarda fəaliyyət göstərən sənət adamlarının bir çoxunun bu sənət ocağının yetirmələri olduğunu xatırladıb. O, qısa müddətə teatrın binasının təmir olunmasını yüksək qiymətləndirib və bu teatrda önəmli tamaşaların nümayişinin ölkəmizin ictimai-siyasi həyatına da töhfə verəcəyini bildirib. Nazir qeyd edib ki, Sumqayıt həm asudə vaxtın, həm mədəni həyatın təşkili baxımından turist marşrutuna salınacaq və burada turizm otelləri tikiləcək.

Sonra bir qrup şəhər sakini və mədəniyyət işçisi Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları, habelə Mədəniyyət və Turizm Nazirliyinin diplomları ilə təltif olunub. Əməkdar Artist Namis Şirməmmədov yaradılan şəraitə, yüksək qayğıya görə yaradıcı heyət adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirib.

Daha sonra M.F.Axundzadənin “Hacı Qara” tamaşası təqdim olunub. Traktovkası və aktyor improvizəsi ilə fərqlənən Sumqayıt teatrının “Hacı Qara”sında baş qəhrəman rolunu istedadlı aktyor Akif Mirzəyev oynayıb. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Firudin Məhərrəmov, quruluşçu rəssamı isə Mustafa Mustafayevdir.

dsc_0036 dsc_0075 dsc_0116 dsc_0134 dsc_0155 dsc_0247 dsc_0260 dsc_0278 dsc_0288 dsc_0291 dsc_0297 dsc_0299 dsc_0306 dsc_0307 dsc_0320 dsc_0340 dsc_0342 dsc_0363 dsc_0365 dsc_0368 dsc_0375 dsc_0404 dsc_0407 dsc_0411 dsc_0413 dsc_0417 dsc_0418 dsc_0431 dsc_0432 dsc_0433 dsc_0434 dsc_0435 dsc_0436 dsc_0443 dsc_0446 dsc_0453 dsc_0454 dsc_0459 dsc_0463 dsc_0464 dsc_0470 dsc_0471 dsc_0473 dsc_0475 dsc_0476 dsc_0479 dsc_0483

VİDEO REPORTAJLAR

AZTV

AZƏRTAC

Facebook Şərhləndirmə:

“Sumqayıt teatrı yeni mövsümü əsaslı təmirdən çıxan binada açıb FOTOLAR” yazısına 2 cavab

  1. Rena deyir:

    Axır ki teatr mövsümü başladı. Həqiqətən çox gözəldir teatr.Zakir müəllimin böyük əməyi var bu işlərdə. Var olsun!

  2. Nağıyev Ebülfət deyir:

    Son dövrlər Zakir müəllimin rəhbərliyi altında Sumqayıt şəhərində aparılan quruculuq işləri bir şəhər sakini kimi məni də həddən artıq sevindirir. Yaşayış binalarında liftlərin yenilənməsi, dam örtüklərinin dəyişdirilməsi, ulu öndər Heydər Əliyev adına möhtəşəm mərkəzin tikintisi, yeni dənizkənarı bulvarın salınması, şahmat və musiqi məktəblərinin tikilməsi ölkə və şəhər rəhbərinin Sumqayıta olan diqqət və qayğısının, sevgisinin ifadəsidir.
    Bu tədbirdə şəhər rəhbəri tərəfindən mənə təqdim olunan fəxri fərman həyatımda əldə etdiyim ən dəyərli mükafat oldu. Şəhərimizin gündən-günə gözəlləşməsi, sakinlərin rifah halının yaxşılaşdırılması ilə bağlı görülmüş işlərə görə Zakir müəllimə təşəkkürümü bildirirəm, şəhərimizin inkişafı naminə həyata keçirilən layihələrdə yeni naliyyətlər arzulayıram.

Şərhinizi yazın