Menu
Geri İrəli

Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu elan edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2015 • Baxış sayı: 577 dəfə • 1 şərh

1425900642484163871_750x500 (1)Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təlim mərkəzlərinə şagird qəbulu üzrə Qəbul Komissiyası tərəfindən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzinə aparatçı, kompressor qurğularının maşinisti, nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru, elektrik qaz qaynaqçısı, təmirçi-çilingər, nasos qurğularının maşinisti ixtisasları üzrə sənədlərin qəbulu elan edilib.

AZƏRTAC xəbər verir ki, müsabiqədə yaşı 29-dan yuxarı olmayan, Sumqayıt və Abşeronda qeydiyyatı olan Azərbaycan vətəndaşları və həmçinin həmin ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrinin üzvləri, həqiqi hərbi xidmət keçmiş (oğlanlar üçün), minimum tam orta təhsilli (ali və ümumi orta təhsilli gənclər müraciət edə bilməzlər) gənclər iştirak edə bilərlər.

Sənəd qəbulu elektron formatda həyata keçirilir və müsabiqə iki əsas mərhələdən – müsahibə və test imtahanından ibarətdir. Maraqlananlar www.socar.az saytının ”Karyera” panelində Təlim Mərkəzinə sənəd qəbulu bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmalıdırlar. Müraciətlər iyulun 8-dək qəbul ediləcək.

Facebook Şərhləndirmə:

“Sumqayıt Təlim, Tədris Mərkəzinə sənəd qəbulu elan edilir” yazısına bir cavab

  1. elli deyir:

    salam,burda melumati yerlesdirmisiniz amma socar.az saytinda karyera panelinde Telim merkezine sened qebulu bolmesinde elan yerlesdirilemiyib,mumkunse deqiq melumat verin nece muraciet edek,evvelceden tessekur edirem

Şərhinizi yazın