Menu
Geri İrəli

Sumqayıt yolu bağlanmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Yanvar 2014 • Baxış sayı: 882 dəfə • Şərh yoxdur

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Bakı-Sumqayıt yolunun bağlanması ilə bağlı xəbərləri təkzib edib. Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar yolda ləngimələr ola bilər. Lakin magistralın bağlanması xəbəri tamamilə cəfəngiyyatdır:”Kəskin hava şəraiti sürücülərə müəyyən problemlər yaradır. Mən hazırda Bakı-Sumqayıt yolundayam. Düzdür, burada sürət aşağı düşüb, ləngimələr ola bilər. Lakin yolun bağlanmasından söhbət belə gedə bilməz. Hazırda ərazidə texnikalar çalışır və gün ərzində, gecə saatlarında da fəaliyyətə davam edəcəklər. Nə qədər qar yağırsa-yağsın, Bakı-Sumqayıt yolunun bağlanmasına imkan verilməyəcək”.

sumqayityoluqarr

Facebook Şərhləndirmə:

Şərhinizi yazın