Menu
Geri İrəli

Sumqayıt yolunda iki qardaşı qanına qəltan etdilər

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2011 • Baxış sayı: 247 dəfə • Şərh yoxdur

Naməlum şəxslər kiçik qardaşı qətlə yetiriblər, böyük qardaş isə reanimasiyadadır

Aprelin 27-nə keçən gecə saat 02:00 radələrində Abşeron rayonu ərazisində, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyində yerləşən yanacaqdoldurma məntəqəsində qətl hadisəsi törədilib.

Abşeron rayon prokurorunun böyük köməkçisi Qumru Orucova Lent.az-a bildirib ki, həmin ərazidə yerləşən qəbiristanlıqla üzbəüz yerləşən “Aspetrol” yanacaqdoldurma məntəqəsində bir neçə naməlum şəxslə Şərur rayon Dəmirçi kənd sakini, 1975-ci il təvəllüdlü Əsədov Ədalət İmamverdi oğlu və onun qardaşı, 1977-ci ildə anadan olmuş Malik arasında dava düşüb. Nəticədə Malik Əsədov sol döş qəfəsindən, qoltuğun alt nahiyəsindən bıçaq zərbəsi alıb. O hadisə yerindəcə keçinib. Onun böyük qardaşı Ədalət isə kürəyindən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədilməsi məlum deyil. Hər iki şəxs Bakıda usta işləyir və ailəlidir. Onlar Baklının Sabunçu rayonu ərazisində kirayə yaşayır.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.

Nizam, lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın