Menu
Geri İrəli

11 məktəb direktoru işdən çıxarılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2011 • Baxış sayı: 515 dəfə • 2 şərh
Share Button

Sumqayıtda yaşı 65-dən yuxarı olan 11 ümumtəhsil məktəbinin direktoru təqaüdə göndərilib.

Bu haqda APA-ya Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri Vidadi Bağırov məlumat verib. O, deyib ki, bu tədbirlər qanunvericiliyə uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, hazırda Sumqayıt şəhərində 49 məktəb fəaliyyət göstərir. Onlardan 47-si orta ümumtəhsil, 2-si sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi məktəbdir.

Ümumtəhsil məktəblərindən 4-ü yeni tipli (3 lisey, 1 gimnaziya) təlim-tərbiyə müəssisəsidir.

Facebook Şərhləndirmə:
Share Button

“11 məktəb direktoru işdən çıxarılıb” yazısına 2 cavab

  1. Hörmətli sumqayitxeber.com Sumqayıtda 20 saylı məktəbin direktoru (əvvələr belə adlanırdı)Təhməzov Tofiq (ləqəbi alman tapaçası Te.Te)uzun illər idi ki, 9-cu mikrarayonun 4 məktəbindən birində demək olar ki, at oynadırdı. Görünür utandığından öz familyasını Təhməzov deyil Məmmədov kimi yazdırıb.Məktəb internata çevriləndən sonra əl-qolu daha da açılmışdır.Bir tərəfdən müəllimlərdən pul alıb dərs saatı verdiyi bəs etmirdi, üstəlik genefond adlandırdığımız uşaqların ərzaqlarını daşıyıb oğlunun maqazinində satdırırdı. Onu işdən çıxartdığına görə Respublika Prezidentinə minətdarıq.Onun təhsil pərdəsi altında təhsilə vurduğu zərbələri faktlarla sadalaya bilərik.Nə faydası Te.Te ləri cəmiyyətdən silmək çox çətindir. Bu gün 11 Te-te-nin işdən çıxarılması görəsən cəmiyyətə müsbət təsirini göstərəcəkmi?

  2. VEFA deyir:

    20 NOMRELI MEKTEBIN KECMIS DREKTORU HAQQINDA YAZILAN BU YAZIYA COX TESSUF EDIREM. EVVALA ONUN OGLUNUN DUKANI YOXDUR. SONRA GEDENIN DALINCA SER ATAN VE DANISAN COX OLAR.BUNU YAZAN PAXIL VE SEVIYYESIZ INSANDIR.AYIB OLSUN

Şərhinizi yazın