Menu
Geri İrəli

Sumqayıtda 23 yaşlı qız intihar edib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2012 • Baxış sayı: 173 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində intihar hadisəsi baş verib. 

Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 10-cu mikrorayon sakini 1989-cu il təvəllüdlü Həmidova Lamiyə Rizvan qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, L.Həmidova müxtəlif xəstəliklərin müalicəsi üçün istifadə olunan 6 adda dərman preparatı qəbul edərək, özünü zəhərləyib.

Həkimlərin səyinə baxmayaraq, 23 yaşlıq qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntiharın səbəbləri araşdırılır.

Nizam RZA, lent.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın