Menu
Geri İrəli

Sumqayıtda 5 nəfərin ölümünə səbəb olan SÜRÜCÜ HƏBS EDİLDİ

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Dekabr 2013 • Baxış sayı: 186 dəfə • Şərh yoxdur

hebsSumqayıt şəhər Polis İdarəsi tərəfindən axtarışda olan Babək Bağırov yaxalanıb. APA TV-nin xəbərinə görə, yaşayış yerini tez-tez yerini dəyişən 25 yaşlı B.Bağırov bu il sentyabrın 17-dən axtarışdadır. O, 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən qol qəzasını törətməkdə təqsirləndirilir. Onun sürdüyü maşınla Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində 22 yaşlı Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” və Yusif Məmmədovun idarə etdiyi “Azsamand” markalı avtomobillər toqquşub. Nətəçədə onun maşını aşır, sərnişinləri Qismət Kərimov, Rəşad Cəlilov və daha 3 nəfər hadisə yerində ölür.

 25 yaşlı Babək Bağırov qoruyucu yastıqların acılması nəticəsində sağ qaldığından avtomobilini, eləcə də dostlarını orada qoyub hadisə yerindən uzaqlaşır. Müstəntiqin “avtomobilinizdə neçə sərnişin var idi” sualına təqsirləndirilən şəxsin cavabı  belə olub: “Neçə sərnişin var idi, bilmirəm. Oturacaqların sayı qədər”.

 Saxlanılan şəxs güləşçi olduğunu, nahaqdan tutulduğunu bildirib.

Sözügedən hadisə nəticəsində 5 nəfər ölüb, 6 nəfər ağır bədən xasərəti alıb. Faktla bağlı CM-nin 263-ci (2 iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdikdə) maddəsi ilə cinayət işi acılıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın