Menu
Geri İrəli

Sumqayıtda 500-dən çox nar ağacı əkildi

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2014 • Baxış sayı: 655 dəfə • 1 şərh

008Azərbaycanın ekologiyasının yaxşılaşdırılması, ölkədə yaşıllıq sahələrinin daha da artırılması ilə bağlı ölkə Prezidentinin tapşırıq və göstərişləri Sumqayıt şəhər rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır və uğurla yerinə yetirilir. Sumqayıt Bələdiyyəsinin kollektivi də son günlər respublikamızda geniş vüsət almış yaşıllaşdırma tədbirlərinə böyük fəallıqla qoşulmuşdur. Bügünlərdə Bakı-Quba magistralı üzrə Sumqayıtın girişində şəhər sakinləri ilə birgə payız iməciliyinə çıxan Bələdiyyə işçiləri, məhəllə komitələrinin üzvləri və fəalları bir müddət əvvəl tullantılardan təmizlənərək, yararlı hala salınmş ərazidə nar tinglərinin əkilməsinə başlamışlar.

Sumqayıt şəhər icra Hakimiyyəti və Bələdiyyə rəhbərliyinin də iştirak etdiyi iməcilik bir-neçə saat davam etmişdir.  Ötən iməcilik zamanı qazılmış çalalara aqrotexniki qaydalara uyğun olaraq münbit  torpaq və təbii gübrə tökülərək, 500-dən artıq cavan nar kolları əkilmişdir.  Ağacların əkilməsi başa çatdırıldıqdan sonra onların diblərinə su verilmişdir.

Növbəti iməcilikdə daha 300 ağacın əkilməsi nəzərdə tutulur.

 Orxan MƏMMƏDZADƏ, sumqayitxeber.com 

Facebook Şərhləndirmə:

“Sumqayıtda 500-dən çox nar ağacı əkildi” yazısına bir cavab

  1. Kənan deyir:

    Ağacları əkənlərə, şəhərimizi yaşıllaşdıranlara minnətdarıq.
    görəsən şəhərimizdə 50 il əvvəl əkilən ağacları kəsib, yandırıb obyekt tikənlər nəvaxt cəzalandırılacaq.

Şərhinizi yazın