Menu
Geri İrəli

Sumqayıtda ağac əkmə aksiyası keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Mart 2014 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyinin əməkçiləri şəhər sakinləri ilə birgə iməclik keçirib.

 “Azərikimya” İstehsalat Birliyinin kollektivi yazın gəlişi ilə əlaqədar Sumqayıt şəhər sakinləri ilə birgə ilk şənbə iməcliyi keçirmişlər. Kimyaçılar şəhərin 13-cü mikrorayonu ərazisində mikrorayon sakinləri ilə birgə onlar üçün ayrılmış xüsusi sahədə 100-dən artıq müxtəlif növ ağac və bəzək kolları əkmişlər.

Yüksək əhval-ruhiyyə və xoş bahar ovqatı şəraitində keçən iməclikdə iştirakçılar həmçinin mikrorayon ərazisində bir sıra təmizlik və abadlıq işləri aparıb.

“Azərikimya” İstehsalat Birliyinin kollektivi bu qəbildən olan iməcilikləri qarşıdakı şənbə günlərində şəhərin digər mikrorayonularında da keçirməyi planlaşdırır.

sumqayitxeber.com

aqac aqac-5 aqac-r

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın