Menu
Geri İrəli

Sumqayıtda atışmada tutulan dindarların həbs müddəti uzadılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2014 • Baxış sayı: 764 dəfə • 1 şərh
Share Button

mehkeme5Nəsimi Rayon Məhkəməsi istintaqın başa çatmadığını və ekspertiza rəylərini gözlədiyini bəyan edib, hakim həbs müddətinin daha iki ay artırılmasına qərar verib, vəkil deyir.

Sumqayıtda aralarında münaqişə yaşandığı üçün saxlanılan on dini təriqət üzvünün həbs müddəti daha iki ay uzadılıb.

Onlardan birinin, Kənan Mehrəliyevin vəkili Fariz Namazlı BBC Azərbaycancaya deyib ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə altı nəfər məhkəmə qarşısına çıxarılıb.

“İttiham tərəfi həbs müddətinin uzadılmasını təyin olunan balistik, kimyəvi və tibbi ekspertizaların cavablarının gəlməməsi və bəzi istintaq hərəkətlərinin keçirilməli olduğu ilə əsaslandırdı”, o bildirib.

Vəkilin sözlərinə görə, Bakı İstintaq təcridxanasında saxlanılan digər təqsirləndirilən şəxslərin məhkəməsinin yaxın üç gün ərzində keçiriləcəyi gözlənilir.

“Bu şəxslərin hamısı haqda dekabrın 15-də iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi və onlar hazırda Bakı istintaq Təcridxanasında saxlanılır.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, dekabrın 11-də Sumqayıt şəhərinin 10-cu mikrorayonunda yerləşən “Çay evi”ndə “Xəvarici” və “Sələfi” təriqətinin üzvləri arasında fikir ayrılığı zəminində münaqişə baş verib və on iki nəfər saxlanılıb. “Çay evi”nin qarşısında davam etdirilən mübahisədə qumbara və avtomat silahdan istifadə edilib.

Saxlanılanlar Cinayət Məcəlləsinin “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” maddəsilə təqsirli bilinir.

Facebook Şərhləndirmə:
Share Button

“Sumqayıtda atışmada tutulan dindarların həbs müddəti uzadılıb” yazısına bir cavab

  1. senliy deyil deyir:

    allah belavizi versin
     

Şərhinizi yazın