Menu
Geri İrəli

Sumqayıtda aztəminatlı ailələrə qurban payı verilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Sentyabr 2016 • Baxış sayı: 476 dəfə • Şərh yoxdur

qurbanİslam dünyasının xeyirxahlıq, qardaşlıq və yardımlaşma kimi gözəl hisslərini təqdim edən ən əziz bayramlardan biri olan müqəddəs Qurban bayramı Sumqayıt şəhərində də qeyd edilib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Sumqayıtda yaşayan şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına, tənha ahıllara və aztəminatlı ailələrə Qurban sovqatı paylanıb.
Çıxış edənlər həmrəylik və mənəvi saflıq kimi yüksək dəyərləri aşılayan Qurban bayramı münasibətilə xalqımızı, eləcə də Sumqayıt sakinlərini təbrik edib, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizə daim ehtiramla yanaşdığını vurğulayıb və belə tədbirlərin vətəndaşlara dövlət qayğısının təzahürü olduğunu söyləyiblər.

Qurban bayramı münasibətilə ümumilikdə 5000 kq-a  qədər qurbanlar kəsilib, aztəminatlı ailələrə qurban payı verilib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın